28 Sentyabr 2020 21:38
478
SİYASƏT
A- A+

BERNAMA agentliyi: Dağlıq Qarabağda baş verənlər Ermənistanın hərbi təxribatıdır


Malayziyanın BERNAMA dövlət informasiya agentliyi Ermənistan hərb qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycana qarşı başladığı növbəti hücumlarla bağlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan Dağlıq Qarabağdakı bir neçə yaşayış məntəqəsinin azad olunduğunu təsdiq edib” sərlövhəli məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlət başçımızın çıxışına geniş yer verilib.

Qeyd edilib ki, Ermənistan ordusunun hərbi təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçib. Hərbi əməliyyatlar uğurla davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev deyib: " Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib, bir neçə strateji əhəmiyyətli yüksəklik Azərbaycanın nəzarətinə qaytarılıb”.

Dövlətimizin başçısının sentyabrın 27-də Azərbaycana qarşı başlanmış hücumun əvvəlcədən planlaşdırılmış təxribat olması barədə fikri də məqalədə öz əksini tapıb.

Azərbaycan Prezidentinin çıxışında vurğuladığı "Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır” sözləri sitat kimi məqalədə yer alıb.

Məqalədə malayziyalı oxuculara münaqişənin tarixi barədə də məlumat verilib. Vurğulanıb ki, tarixi torpağımız olan və bu gün beynəlxalq ictimaiyyətin Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağ regionu, onun ətrafındakı yeddi rayon 1991-ci ildə SSRİ dağıldıqdan sonra işğal edilib.

Azərbaycan Prezidentinin işğal altında olan torpaqlarımızın azad edilməsinin həm milli məsələ, həm də tarixi vəzifə olması barədə fikri də yazıda öz əksini tapıb: "Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Yazıda, həmçinin qeyd edilib ki, bu, iki dövlət arasında 2016-cı ildən sonra ən ciddi qarşıdurmadır. Cari ilin iyulunda da iki ölkənin sərhədlərində hərbi toqquşma baş verib, nəticədə həm hərbçilər, həm də mülki vətəndaşlar arasında itkilər olub.

Məqalədə Azərbaycan Müdafiə Nazirliyinə istinadla cəbhədəki son vəziyyət və erməni təxribatları barədə məlumatlara da geniş yer verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video