28 Sentyabr 2020 18:25
534
CƏMİYYƏT
A- A+

Hərbi vəziyyət müddətində paytaxtda sərnişindaşıma xidmətinin təşkilində dəyişiklik olmayacaq

Sentyabrın 28-dən qüvvəyə minən hərbi vəziyyət müddətində Bakı şəhəri üzrə ictimai nəqliyyat xidmətlərinin göstərilməsi və sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə zəruri tədbirlər görülür.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, pandemiya zamanı olduğu kimi, hərbi vəziyyət müddətində də sərnişinlərin, xüsusilə həyat əhəmiyyətli strateji sahələrdə, o cümlədən ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən müəssisələrdə işləyən şəxslərin avtobuslarla daşınması təmin olunacaq. Metro ilə sərnişindaşımanın adi rejimdə (06:00-dan 00:00-dək) təşkilini nəzərə alaraq, sərnişinlərin bir nəqliyyat növündən digərinə keçidinin təmin edilməsi məqsədilə avtobusların fəaliyyəti də eyni qaydada təşkil ediləcək. Yəni, ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma xidmətinin təşklində hər hansı dəyişiklik olunmayacaq.

Avtobuslar əvvəlki günlərdə olduğu kimi, adi rejimdə sərnişinlərin xidmətində olacaq. Lakin hərbi vəziyyətin davam etdiyi qarşıdakı günlərdə sərnişindaşımaların təşkilinə dair statistik təhlillər aparılacaq. Əldə olunan nəticələrə uyğun olaraq komendant saatı müddətində (saat 21:00-dan sonra) marşrut xətləri üzrə avtobusların sayı, hərəkət cədvəli və intervalı ilə bağlı dəyişikliklər edilməsi istisna edilmir. Planlaşdırılan dəyişikliklər barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video