Alternative content

08:49 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qurbanovlar ailəsi erməni təxribatının qurbanı oldu: ailə üzvlərindən ikisi məktəbli idi - dünya erməni faşizmini görsün
Qurbanovlar ailəsi erməni təxribatının qurbanı oldu: ailə üzvlərindən ikisi məktəbli idi - dünya erməni faşizmini görsün
ANA SƏHİFƏ / SİYASƏT
18:22 28.09.2020
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhali, o cümlədən qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, həmçinin bir çox evə və mülki obyektə ciddi ziyan dəyib.

Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalan şəhərinin Qaşaltı Qarayonlu kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub. Eyni zamanda, 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri Qaşaltı Qarayonlu kəndində olub, erməni təxribatının izlərini lentə alıb.

Kənd icra nümayəndəsi Bəhərçi Bayramov bildirib ki, sentyabrın 27-də və bu gün səhər düşmənin intensiv artileriya atəşi Qaşaltı Qarayonluda açıq-aydın eşidilirdi: "Qurbanovlar ailəsi də həmin vaxt evdə olublar. Onlar bu atəş səslərini eşidərək həyətə çıxıblar. Elə bu vaxt düşmənin hədəfinə tuş gəliblər. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində yüksəkliklər azad olunduqdan sonra erməni təxribatının qarşısı alındı. Kənd sakinləri düşmənin dinc sakinləri hədəfə almasını, bu vəhşiliyi qəzəblə qarşılayırlar”.

Qeyd edək ki, təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM