Alternative content

08:14 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatları barədə KİV nümayəndələrinə məlumat verilib
Azərbaycanın Gürcüstandakı səfirliyində Ermənistan silahlı qüvvələrinin irimiqyaslı təxribatları barədə KİV nümayəndələrinə məlumat verilib
ANA SƏHİFƏ / SİYASƏT
18:20 28.09.2020

Azərbaycanın Gürcüstandakı səfirliyində yerli və xarici jurnalistlər üçün brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyin məsul əməkdaşları Eldar Bayramov və Tamerlan Tağıyev Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər saat 6:00-dan başlayaraq Azərbaycana qarşı bütün cəbhəboyu həyata keçirdiyi hücum və qanlı cinayətlər barədə jurnalistlərə məlumat veriblər.

E.Bayramov deyib ki, Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun cəbhə xətti boyunca yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutublar. İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var. Mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Ermənistan ordusunun ağır artilleriya qurğularından atdığı top mərmisi nəticəsində

Naftalan rayonunda bir ailənin beş üzvü həlak olub. Dinc əhali arasında yaralananlar var.

Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin döyüş fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyunca əks-həmlə əməliyyatına başlayıb. Əks hücum nəticəsində, Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdurrəhmanlı və Kənd Horadiz, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Azərbaycan Ordusu artıq bir neçə strateji əhəmiyyətli yüksəkliyi də ələ keçirib. Azərbaycan Ordusunun əks hücumu davam edir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycanın başqa ölkənin torpaqlarında gözü yoxdur və yalnız öz ərazilərini işğaldan azad etmək uğrunda döyüşür.

Brifinqdə jurnalistlərə Ermənistan rəhbərliyinin destruktiv mövqeyi, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədli dezinformasiyaları barədə də məlumat verilib.

Tədbirdə hərbi əməliyyatların gedişi elektron xəritə üzərində nümayiş olunub.

Sonra jurnalistlərin sualları cavablandırılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM