Alternative content

09:20 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi ilə bağlı tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir
Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi ilə bağlı tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir
ANA SƏHİFƏ / SİYASƏT
18:12 28.09.2020

Azərbaycan xalqı bu günlər qızıl hərflərlə canlı tarix yazır. Günnüt və Lələtəpə əməliyyatlarında, iyul hadisələrində artıq ordumuz ermənilərə güclü zərbələr vurmuşdu. Ancaq indi baş verənlər tamamilə başqa bir tarix yaradır. Bu tarix Ali Baş Komandanın, cənab Prezidentin ətrafında sıx birləşmiş xalqın tarixidir. Ona görə insanların sevincdən yaranan göz yaşlarını da görmək olur. Amma təkcə sevinc hissi kifayət deyil – əlimizdə olan bütün maddi və mənəvi resursları cəmləşdirməliyik. İlk uğurlu addımlarımızı yüksək səviyyədə davam etdirməliyik.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Səməd Seyidov deyib ki, bu gün Avropa və onun sütununu təşkil edən Fransa və Almaniya dost ölkələrdir, lakin tarixə nəzər yetirsək, aralarında baş verən müharibələrdə keçmişdə milyonlarla insanlar həlak olub. Onların bugünkü münasibətləri işğalçının işğalçı, faşistin faşist adlandırıldığı, ədalətin zəfər çaldığı Nürnberq məhkəməsindən keçib. Yalnız bundan sonra Fransa və Almaniya birləşib Avropa İttifaqını yarada bilib.

Azərbaycana qarşı isə öz torpaqlarımızda 30 ildir ki müharibə aparılır. Dünya bunu ola bilsin başa düşmür, çünki o, bizə ədalətsiz sülhü, torpaqların işğal altında qalaraq ölkələrimizin barışmasını, düşmənlə dost olmağımızı, Xocalı soyqırımını, snayperlə öldürülən yaşlı insanları və cavan balalarımızı da unutmağımızı təklif edir. Bu isə qeyri-mümkündür. Bizə deyirlər ki, azərbaycançılığımızı yaddan çıxaraq, mentalitetimizi unudaq, amma belə olduğu təqdirdə sülh bizim nəyimizə lazımdır? Bu münaqişə qanla yaddaşımıza həkk olunub, bizim hər zaman qəlbimizdə olan ağrı və faciədir. Onu heç vaxt yaddan çıxarmayacağıq – istəsək belə mümkün deyil. Prezident İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir.

Ümumdünya qanunlarını pozan ermənilərin bizim torpaqdakı faşizminin qarşısını birdəfəlik almalıyıq. Xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, təxribatı, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında bütün məlumatlar artıq verilib. Bundan sonra dünya da öz qərarını verməlidir, Azərbaycanı dəstəkləməlidir, çünki haqq bizim tərəfimizdədir.

İndiyədək Ermənistan istəyirdi ki, münaqişə digər beynəlxalq təşkilatlarda yox, yalnız Minsk qrupu çərçivəsində müzakirə olunsun. Nəticədə, dünyada Qarabağ məsələsi həll yolunu tapmırdı, çünki Minsk qrupu tərəfindən 30 il ərzində heç bir addım atılmırdı. Bununla da məsələnin həlli uzadılırdı və status-kvo saxlanırdı. Ermənistanın məqsədi də məhz bu idi. Azərbaycan bunu çox gözəl başa düşürdü, amma indi Ermənistan artıq fərqli Azərbaycanla rastlaşır və layiqli cavabını alır. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir, Ermənistan isə təxribatlar və dezinformasiya fəaliyyətlərini həmişəki kimi davam etdirir, dinc əhalini hədəf almaqla Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozur.

Bu yaxınlarda Prezident İlham Əliyev iki dəfə dünyaya müraciət etdi və onun hər iki müraciətində açıq şəkildə xəbərdarlıq var idi. İndi isə biz bir xalq kimi birliyimizi göstərməli, Ali Baş Komandanın ətrafında birləşməliyik. Məhz bu birliyin nəticəsində biz qələbəyə nail olacağıq. Bu hələ başlanğıcdır – yeni, bu kimi gözəl xəbərlərin eşidilməsi və əldə olunması naminə fəaliyyət göstərməliyik. Əminəm ki, bu, davam edəcək və Azərbaycan torpaqları düşməndən azad olunacaq.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM