Alternative content

08:30 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib
İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
17:03 28.09.2020

Sentyabrın 28-də ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısında "Səninləyik Azərbaycan, səninləyik Qarabağ!” şüarı ilə Azərbaycana dəstək mitinqi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.

Aksiyada İSTAD-ın sədri Səfər Qaraqoyunlu media üçün açıqlamanı oxuyub.

Açıqlamada deyilir: "İyirmi səkkiz ildir haqsız yerə işğal edilən torpaqlarımızın azadlığı bütün türk millətini həyəcanlandırdı. Vətənin işğaldan azad edilməsi uğrunda şəhid olan qardaşlarımıza rəhmət, yaralılarımızın tezliklə sağalmalarını diləyirik. Azərbaycan torpaqlarını işğal edərək 28 ildir qanunsuz şəkildə bölgədə qeyri-sabitlik yaradan, Xocalı soyqırımı daxil olmaqla, qətliamlar törədərək minlərlə günahsız insanı vəhşicə qətlə yetirən, beynəlxalq hüququ heçə sayaraq tərəfdarlarından aldığı dəstəklə Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanı sərt şəkildə qınayırıq. Bölgədə sıxışıb qalan, iqtisadi və siyasi problemlər yaşayan Ermənistan Azərbaycana hücum etməklə öz aləmində çıxış yolu tapmaq istədi. Beynəlxalq səviyyədə tanınmış Qarabağ torpaqlarının Azərbaycana aid olduğuna dair hüquqi sənədlər var. Bu qərarlara məhəl qoymayan Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərməyə davam edir. Buna cavab olaraq Azərbaycan müdafiə hüququndan istifadə edərək işğal olunmuş əraziləri geri qaytarmaq üçün hərəkətə keçib. Azərbaycan dövlətinin bu təşəbbüsünü tam dəstəkləyirik. Bəzi güclərə arxalanan Ermənistan bölgədə sülhün bərqərar olması üçün Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. 83 milyonluq Türkiyə xalqı və 300 milyonluq türk dünyası olaraq Azərbaycanın haqlı mübarizəsində sonadək qardaşlarımızın yanındayıq.

Türk millətinin səbiri daşıb, "Bəsdir artıq!” deyirik”.

Sonra dərnək rəhbəri Azərbaycan Ordusundan gələn son sevindirici xəbərləri tədbir iştirakçıları ilə bölüşüb.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı mərasimdə Ordumuza və Azərbaycana dəstək şüarları səsləndirilib.

Tədbirdə hər iki ölkənin ictimai, mədəniyyət xadimləri, Türkiyədə yaşayan həmvətənlərimiz, burada fəaliyyət göstərən qurumların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM