28 Sentyabr 2020 12:29
344
SİYASƏT
A- A+

Azərbaycandakı diplomatik korpusun nümayəndələri son hadisələr barədə məlumatlandırılıb


Sentyabrın 27-də Xarici İşlər Nazirliyində ölkəmizdəki diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib. Görüşdə onlara son hadisələr barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 28-də ölkəmizdəki diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib : "Görüşdə, eyni zamanda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinə göstəriş verilib ki, erməni təxribatları barədə məlumatlar verilsin. Biz Azərbaycanda akkreditasiya olunan səfirlik nümayəndələrindən xahiş edirik ki, bu hadisələri obyektiv qiymətləndirilsinlər”.

İyul təxribatları zamanı xaricdə azərbaycanlıların dinc aksiyalarına qarşı təxribatların törədildiyini, hücumların olduğunu deyən C.Bayramov bildirib: "Bu gün xarici ölkələrin səfirlərinin burada olmasından istifadə edərək, ölkələrinizdə bu cür təxribatların həyata keçirilməməsi, diplomatlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində əməli tədbirlərin həyata keçirilməsini xahiş edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video