27 Sentyabr 2020 21:32
433
SİYASƏT
A- A+

Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır


Son vaxtlar biz Ermənistanın rəsmi hakimiyyət orqanlarının elə hərəkətlərini müşahidə etmişik ki, bu hərəkətlər yalnız bir nəticəyə - dinc danışıqlar prosesinin pozulmasına və münaqişənin gərginləşməsinə gətirib çıxara bilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin bəyanatında bildirilir.

"Rusiyanın mövqeyi belə olub və indi də belədir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli dinc yolla, danışıqlar vasitəsilə baş verməlidir. Lakin danışıqlara hər iki tərəf əzm göstərməlidir. Amma son vaxtlar biz Ermənistanın rəsmi hakimiyyət orqanlarının elə hərəkətlərini müşahidə etmişik ki, bu hərəkətlər yalnız bir nəticəyə - dinc danışıqlar prosesinin pozulmasına və münaqişənin gərginləşməsinə gətirib çıxara bilib. Nəticəni çox gözləmək lazım gəlmədi. Danışıqlar pozuldu. Dağlıq Qarabağla sərhəddə irimiqyaslı hərbi əməliyyatlar başlandı”, - deyə rusiyalı deputat qeyd edib.

D.Savelyev vurğulayıb ki, münaqişəni dayandırmağın yeganə üsulu məcburi köçkünləri Dağlıq Qarabağ torpağına qaytarmaq və referendum keçirməkdir. Həmin referendum da bu ərazinin Azərbaycanın tərkibində taleyini müəyyən edəcək. "Fikrimcə, münaqişənin dayandırılmasının yeganə üsulu Ermənistan tərəfindən qeyd-şərtsiz bütün hərbi qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq və sülh prosesinə başlamaq – məcburi köçkünləri Dağlıq Qarabağ torpağına qaytarmaq və referendum keçirməkdir. Həmin referendum da bu ərazinin Azərbaycanın tərkibində taleyini müəyyən edəcək. Qan tökülməsi heç kimə lazım deyil, Qafqaz regionunda gərginlik heç kimə lazım deyil. Münaqişənin dinc yolla həllinə nail olmaq üçün beynəlxalq hüquq çərçivəsində görülən tədbirlər şübhəsiz ki, həm Rusiya, həm də dünya birliyi tərəfindən dəstəklənəcək”, - deyə rusiyalı deputatın bəyanatında bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video