Alternative content

12:34 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub
ANA SƏHİFƏ / SİYASƏT
21:20 27.09.2020

Sentyabrın 27-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Ermənistan tərəfinin yeni təcavüz aktını qətiyyətlə pisləyən Mövlud Çavuşoğlu, Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mübarizəsində Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov qardaş Türkiyənin hər zaman olduğu kimi, bugünkü gündə də nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə etdi. Nazir 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə atılan cavab həmlələri barədə türkiyəli həmkarını məlumatlandırıb. O, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulması olduğunu vurğulayıb. Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının zəruri olduğu vurğulanıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM