27 Sentyabr 2020 21:16
481
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Murov yüksəkliyi Silahlı Qüvvələrimizin çox çətin şəraitdə yüksək peşəkarlığı nəticəsində azad edilib


Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı növbəti təcavüz aktına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ali Baş Komandanın rəhbərliyi ilə əks-həmlə və əks-hücum əməliyyatları həyata keçirilir. Bu əməliyyatların məqsədi Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin azad edilməsi və ölkəmizin müdafiəsinin təşkil olunmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu sentyabrın 27-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, uğurlu əməliyyatlar çərçivəsində növbəti bir yüksəklik də azad edilib. Bu, Murovdağ silsiləsindədir. Artıq Füzuli-Cəbrayıl istiqamətində yeddi kəndimiz Ermənistanın işğalından azad edilib. Ermənistan silahlı qüvvələrinin çox ciddi itkiləri var. Lakin düşmən həmişə olduğu kimi, bu dəfə də itkilərini gizlədir. Azərbaycan Silahlı Qüvvələri Cenevrə Konvensiyalarını və beynəlxalq humanitar hüququ əsas götürərək legitim hərbi hədəflərə qarşı özünün hədəf seçimində və hədəflərin zərərsizləşdirilməsində bu prinsip və meyardan çıxış edir.

Prezidentin köməkçisi vurğulayıb ki, Murovdağ silsiləsində Murov yüksəkliyi çox çətin iqlim, relyef və hava şəraitində Silahlı Qüvvələrimizin yüksək peşəkarlığı nəticəsində azad olunub. Bu, 3 min metrdən yuxarıda yerləşən yüksəklikdir. Silahlı Qüvvələrimiz belə bir şəraitdə çətin əməliyyatı uğurla həyata keçirərək böyük yüksəkliyi və onun ətrafında olan digər yüksəklikləri də düşməndən azad ediblər.

Hikmət Hacıyev deyib ki, mövcud vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən də narahatlıq ifadə olunur. Bu narahatlığı Azərbaycan Respublikası da bölüşür. Çünki Azərbaycan Respublikası işğala məruz qalan dövlətdir. Azərbaycan Respublikası həmişə bəyan edirdi ki, Ermənistan Respublikasının Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunu davam etdirməsi vəziyyətin hər an gərginləşməsinə səbəb ola bilər. Biz Tovuz hadisələrindən bu günə Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi istiqamətində silsiləvi addımları görürük. Prezident, Ali Baş Komandan tərəfindən BMT tribunasından beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı ki, Ermənistan növbəti təxribatlara hazırlaşır. Beynəlxalq ictimaiyyət bununla əlaqədar xəbərdarlıq edildi. Bu gün biz bunun şahidi olduq. Amma Azərbaycan Silahlı Qüvvələrinin ayıq-sayıqlığı və yüksək peşəkarlığı, qısa müddət ərzində toparlanaraq düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirməsi Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı daha geniş miqyasda zərərin yetirilməsi və mülki insanlar arasında təşviş yaradılmasına xidmət göstərəcək addımların qarşısının alınmasında əhəmiyyətli oldu.

"Silahlı Qüvvələrimiz tərəfindən mübarizə davam etdirilir, düşmənə layiqli zərbələr vurulur. Məqsədimiz Azərbaycan Respublikası ərazilərinin azad edilməsidir. Bu gün dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan edilib. Vətəndaşlarımızdan xahiş edirik ki, hərbi vəziyyətin tələblərinə ciddi şəkildə riayət olunsun”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video