Alternative content

11:32 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Adil Əliyev: Qələbə Şanlı Ordumuzundur
Adil Əliyev: Qələbə Şanlı Ordumuzundur
ANA SƏHİFƏ / SİYASƏT
21:09 27.09.2020

Mütəmadi olaraq Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, bütün dünyaya çağırış edilərək Ermənistanın təkcə Azərbaycan üçün deyil, həmçinin regionda və dünyada sülhə qarşı ən böyük təhdid olması dəfələrlə bildirildi. Lakin Ermənistan tərəfinin ölkəmizin torpaqlarının 20 faizini işğal etməsini, bu işğalla kifayətlənməyərək cəbhə boyu təxribatların törətməsi dünyanın diqqətinə çatdırılsa da, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmədi.

AZƏRTAC-a bu sözləri Milli Məclisin Sədr müavini Adil Əliyev deyib.

Bildirib ki, Ermənistan tərəfinin apardığı təcavüzkar siyasətin davamı olaraq, bu gün yəni, 27 sentyabr tarixində Ermənistan yenidən cəbhə boyu təxribata əl ataraq, Azərbaycan ordusuna və yerli əhaliyə iri çaplı silahlardan atəş açmağa başladı. Göründüyü kimi, düşmən müharibəni belə, qaydalara uyğun apara bilmir. Belə ki, təcavüzkar siyasəti özlərinə hədəf seçmiş ölkə yerli sakinləri hədəfə almaqdan çəkinmir, mülki şəxslərə qarşı da silah işlədir.

Təbii ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı həyata keçirdiyi hücum zamanı məqsədləri yeni ərazilərimizi işğal etməkdən ibarət idi. Bu səbəbdən də düşmən Azərbaycanın Qazax, Gədəbəy, Goranboy, Tərtər və Ağdam rayonları da daxil olmaqla bütün cəbhə boyu təxribata əl atdı. Şanlı Azərbaycan ordusu düşmənin növbəti təxribatının qarşısını almaq üçün ağır zərbələr endirərək onu geri oturtdu və hazırda bütün cəbhə boyu əks-hücumdadır.

Düşmənin ağır itkilər verərək geri otuzdurulması ilə yanaşı, Milli Ordumuz hazırda növbəti hücumların qarşısını almaq məqsədilə hərbi əməliyyatları davam etdirir. Azərbaycan ordusu ölkəmizin müdafiəsinin təmin edilməsi məqsədilə döyüş əməliyyatlarını yerinə yetirərkən, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini rəhbər tutur, mülki əhaliyə və mülki obyektlərə qarşı silah işlətmir.

Bu gün torpaqlarımızı işğaldan azad etmək üçün tarixi şans yaranıb. Düşmən hücumunun qarşısı alınarkən, düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası sıradan çıxarılmışdır.

Düşmənin sülh prosesinə ciddi zərbə vurması, danışıqlardan imtina edərək təxribata əl atması artıq Azərbaycanın onlarla sülh dilində danışmasını mümkünsüz etdi. Bugünkü təxribatdan sonra artıq düşmənə Milli Ordumuzun gücünü bir daha göstərməyin vaxtı gəldi. Ordumuzun Şanlı Aprel qələbəsindən, Günnütün işğaldan azad edilməsindən sonra bu ilin iyul ayında Tovuz döyüşləri zamanı əldə edilmiş qələbələrin fonunda Azərbaycan Ordusunun qələbəsi birmənalıdır.

Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bunun nəticəsidir ki, ordumuz ən müxtəlif növlərdə müasir döyüş texnikası ilə təmin edilmişdir. Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhval-ruhiyyəsi var. Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun bir daha şanlı tarix yazacağına əminik.

Hazırda işğal edilmiş ərazilərimizin bir hissəsi düşmən təcavüzündən azad edilmiş və bu müjdəli xəbərlərin mütəmadi olaraq gələcəyinə hər birimiz inanırıq. Bu münasibətlə bir daha xalqımıza göz aydınlığı verir və artıq Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzünə son qoyulmasının vaxtı çatdığını bildiririk.

Bu gün hər birimiz Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, onun verdiyi bütün tapşırıqları və göstərişləri dərhal icra etməliyik. Hamılıqla hərbi vəziyyətin tələblərinə riayət etməliyik ki, Şanlı Ordumuz bütün işğal altında olan ərazilərimizi azad etsin və Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edək.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM