Alternative content

08:47 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclis Azərbaycanda hərbi vəziyyətə keçidi təsdiq etdi
Milli Məclis Azərbaycanda hərbi vəziyyətə keçidi təsdiq etdi
ANA SƏHİFƏ / PARLAMENT
20:54 27.09.2020

Sentyabrın 27-də Milli Məclisin iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sahibə Qafarova bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamış və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim etmişdir. "Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə,"Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, Azərbaycan Respublikası Milli Məclisinin iclası keçirilir.” Bugünkü iclasın keçirilməsi də bu zərurətdən irəli gəlir.

Milli Məclisin Sədri dedi ki, bu gün səhər Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribata əl atmışlar. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutmuşlar. Mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralananlar var.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Milli Məclisin daha sonra diqqətə çatdırdı ki, Ermənistanın bu xain hücumu erməni faşizminin, işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquqa qarşı saymazyana münasibətinin növbəti bir təzahürüdür: «Ermənistan bu təxribatı törətməklə işğalçılıq siyasətini genişləndirməkvə təcavüzkar siyasətini davam etdirmək niyyəti güdür. Xatırlatmaq istəyirəm ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın planlaşdırdığı təcavüz aktı və hərbi təxribatları barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdir. İyul ayında Tovuzda baş verən təxribatdan sonra bu gün baş verənlər Ermənistan faşizminin iç üzünü və çirkin mahiyyətini açıb göstərir.

Bütün xalqımız əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır və qalmır. Azərbaycan ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq düşmənin ön xətti yarılmış və Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlıvə Nüzgar kəndləri işğaldan azad edilmişdir».

Sahibə Qafarova bu münasibətlə təbriklərini çatdırdı.

Ermənistan ordusunun təxribatları barədə beynəlxalq ictimaiyyətə artıq məlumat verildiyini bildirən spiker qeyd etdi ki, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şəntop zəng edərək qardaş ölkənin Azərbaycana dəstəyini bir daha ifadə edib. Milli Məclis tərəfindən beynəlxalq parlament təşkilatlarına və milli parlamentlərə Ermənistanın bu təxribatı haqqında məktublar göndərilib.

«Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» -deyə Sahibə Qafarova bildirdi.

Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını oxudu.

İclasda Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis Sədrinin müavinləri Fəzail İbrahimli və Adil Əliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsnin sədri Səməd Seyidov, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlardan AydınMirzəzadə, ErkinQədirli, Fazil Mustafa, Səttar Möhbalıyev, Nizami Cəfərov məsələ ilə bağlı fikirlərini bildirdilər. Çıxış edənlər bu qərarın qəbul edilməsinin tarixi hadisə olduğunu bildirdilər. Qeyd olundu ki, düşmənin növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusu həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar, torpaqlarımızın azad edilməsi xalqımızın tarixi zəfərdir və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu müharibədən layiqincə çıxacaq. Bu qələbə ilə tariximizin şərəfli səhifəsi yazılır.

Çıxışlardan sonra "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı səsə qoyularaq təsdiq edildi.

Rəşad CƏFƏRLİ,

«Azərbaycan»






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM