Alternative content

21:03 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusu qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirəcək
Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusu qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirəcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:28 27.09.2020
 
Son günlər ermənilərin bütün istiqamətlərdə təxribatlar törədirdilər. Ermənistan xarici işlər naziri Yaxın Şərqə səfəri və orada diaspora nümayəndələri ilə görüşlərindən sonra terror dəstələri Qarabağa yerləşdirilməyə başladı. Bununla yanaşı ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızda qanunsuz məskunlaşma həyata keçirilir. Bütün bunlar döyüşlərin aktiv fazaya keçəcəyini gözləməyə əsas verirdi. Həmçinin erməni hərbi və siyasi rəhbərliyinin qeyri konstruktiv mövqeyi, hərbi ritorika ilə çıxışları, hədə qorxu gəlmələri bunu göstərirdi ki, artıq danışıqlar prosesi tükənib. Bununla əlaqədar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənə təxribatların qarşısının qətiyyətlə alınacağı barədə xəbərdarlıq etdi.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ş. Ramaldanov bildirib ki, ermənilərin hər hansı istiqamətdə təxribat törədəcəyi haqqında Azərbaycan Ordusunun məlumatı var idi. "Bilirsiniz ki, düşmən dəfələrlə digər istiqamətlərdə təxribatlar törətməyə cəhdlər edib. Ancaq Azərbaycan Ordusunun bölmələri qabaqlayıcı tədbirlər görərək ermənilərin bu cəhdlərinin qarşısını alıb. Ümumiyyətlə düşmənin yerdəyişməsi və bütün hərəkətləri Azərbaycan Ordusunun bölmələri tərəfindən müşahidə olunur və nəzarətdə saxlanılır. Hər an lazımi tədbirlər görülür. Əməliyyat şəraiti bizim Ordumuzun nəzarəti altındadır. Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, 27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Buna görə də silahlı qüvvələrimiz Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Hərbi birləşmələrimiz raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Düşünürəm ki, artıq məqam yetişib və bu vəziyyətdə Azərbaycan Ordusu öz sözünü deyərək, qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirəcək”, -deyə ehtiyatda olan polkovnik Şair Ramaldanov müsahibəsində söyləyib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM