27 Sentyabr 2020 18:00
484
SİYASƏT
A- A+

Ərəb KİV-ləri Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti hərbi təxribat barədə xəbərlər yayır

 
Misir, Əlcəzair, İordaniya, Səudiyyə Ərəbistanı, Küveyt və digər ərəb ölkələrinin KİV-ləri Ermənistan silahlı qüvvələrinin bu gün Azərbaycana qarşı törətdikləri genişmiqyaslı hərbi təxribatlar barədə silsilə materiallar yayırlar.

AZƏRTAC-a istinadla yayılan xəbərlərdə qeyd olunur ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini intensiv atəşə tutub. Hücum nəticəsində azərbaycanlı mülki əhali və hərbçilər arasında həlak olanlar və yaralananlar olub.

Ərəb ölkələrinin onlarla informasiya resursu – "əl-Vatan”, "ən-Nəhar”, "əl-Cəzirə”, "əl-Harir”, "Ruyanews”, "Şuruknews”, "əl-Diblumasi”, "əl-Cəzair”, "Radio əl-Cəzair”, "İİNAnews”, "Nabd”, "Djazairess”, "Asiaelyoum” və digər xəbər agentlikləri, teleradioları, qəzetləri baş verən hadisələri obyektiv işıqlandırır, ictimaiyyəti bu barədə müntəzəm məlumatlandırırlar.

Bir sıra ərəb KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində söylədiyi fikirlərə yer ayırıb, Azərbaycan tərəfinin münaqişə ilə bağlı mövqeyini diqqətə çatdırıb. Həmçinin mülki əhalinin və yaşayış məntəqələrinin atəşə tutulmasının beynəlxalq konvensiyalara zidd olduğu vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video