27 Sentyabr 2020 12:46
538
CƏMİYYƏT
A- A+

Ağdam sakinləri: Qoy düşmən bilsin ki, üçrəngli bayrağımız tezliklə Şuşada, Xankəndidə dalğalanacaq

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

AZƏRTAC-ın cəbhə bölgəsində olan bölgə müxbiri xəbər verir ki, düşmən səhər saatlarında cəbhənin digər istiqamətlərində olduğu kimi, Bərdə-Ağdam istiqamətində də təxribatlar törədib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində, sakinlərin evləri dağılıb, yaralılar var. Buna baxmayaraq, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Yerli sakinlərlə söhbət zamanı bildiriblər ki, onlar Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin qələbəsinə inanırlar. "Biz doğma torpaqlarımız uğrunda döyüşə hər an hazırıq. Qoy düşmən bunu bilsin və görsün ki, öz yurdumuzdan bir qarış da geri çəkilməyəcəyik. Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”, - deyə Ağdam rayon sakinləri bildiriblər.

Qeyd edək ki, düşmənin atəşə tutduğu yaşayış məntəqələrimizdən biri də Ağdamın Qaradağlı kəndidir. Təxribat nəticəsində kənd sakini 59 yaşlı Bəykişi Zeynalov başından qəlpə yarası alıb. Yaralı dinc sakin Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video