Alternative content

11:23 26 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan ordusunda özbaşınalıq hökm sürür
Ermənistan ordusunda özbaşınalıq hökm sürür
ANA SƏHİFƏ / SİYASƏT
01:07 27.09.2020


Ermənistanın təxribatçı fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə əsas maneə olaraq qalır. Xüsusən baş nazir Nikol Paşinyanın təxribatçı açıqlamaları ilə danışıqların formatını və mahiyyətini dağıtması məsələni daha mürəkkəb müstəviyə yönəldib. Bunun səbəblərindən biri faktiki olaraq Ermənistanda inqilabi diktatura quran, müxalifət nümayəndələrinin, hər hansı əks fikir söyləyən şəxslərin susdurulması və şantaj edilməsi ilə daxili problemləri artıran Paşinyanın cəmiyyətin diqqətini yayındırmaq cəhdləridir.

Digər tərəfdən Paşinyan iqtidarının koronavirusa qarşı apardığı mübarizənin iflasa uğraması göz qabağındadır. Çaşqın vəziyyətə düşən baş nazir erməni cəmiyyətinin diqqətini yayındırmaq üçün təxribatçı və ziddiyyətli açıqlamalar verir. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumatda da deyilir ki, Ermənistanda hakimiyyətə gəlməsindən 2 il ötən Paşinyan bu günə kimi 30 təxribatçı fəaliyyət həyata keçirib. Bunlar həm də onun təsdiqidir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ondan olan gözləntiləri puça çıxaran Paşinyan sələflərinin ilhaqçı siyasətini təkrarlayır.

Xatırladaq ki, ötən ilin mart ayında Ermənistanın müdafiə naziri Davit Tonoyan Nyu Yorkdakı erməni icması ilə görüşündə "sülh üçün ərazilər” yanaşmasının tətbiq olunmayacağını bildirmiş, "yeni ərazilər üçün yeni müharibə” fikrini söyləmişdi. Göründüyü kimi, Paşinyanın rəhbərliyi altında Ermənistanın "yeni ərazilər üçün yeni müharibə”ni nəzərdə tutan və danışıqlar prosesində bu ölkənin strateji məqsədinin müharibənin nəticələrini qoruyub saxlamaqdan ibarət olduğunu müəyyən edən hərbi strategiya qəbul etməsi Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həllini qaçılmaz edir.

Azərbaycan buna hazırdır, amma Ermənistanda əks vəziyyətdir.

Ermənistan ordusundakı özbaşınalıq getdikcə daha geniş vüsət alır və hər halda baş verən son olaylar da qeyd edilənləri təsdiq edir. Belə ki, Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçular mülki şəxsə qarşı cinayət törətdiyi üçün istintaqa cəlb olunub. Erməni mediasının yazdığına görə, Tərtər rayonunun işğal olunmuş Kiçik Qarabəy kəndində yaşayan Artuş Avakyan Ermənistan Müdafiə Nazirliyinin "qaynar xətt”inə zəng edərək hərbi qulluqçular tərəfindən daim incidildiyini, hədə-qorxulara məruz qaldığını, eləcə də pulunun və əmlakının zorla əlindən alındığını bildirib.

Daha bir məlumata əsasən, Azərbaycanın işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçular arasında kütləvi dava baş verib. Nəticədə beş nəfər xəsarət alıb. Artilleriya divizionunda xidmət edən gənc əsgərlərlə müqavilə əsasında xidmətdə olan hərbçilər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Hərbi qulluqçular Hayk Martirosyan, Aram Papikyan, Narek Torosyan, Tiqran Aseryan, Artik Musoyan müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb məntəqəsinə yerləşdiriliblər. Komandanlıq hadisəni ört-basdır etməyə çalışıb. Lakin davada xəsarət alanlardan birinin vəzifəli qohumu bu hadisədən xəbər tutduqdan sonra hərbi hissə komandiri hərbi prokurorluğa məlumat verməyə məcbur olub.

Amma insidentlər təkcə bununla bitmir. Yaşanan qanunsuzluqlar hərbçilərin özünü də cana gətirib. Hətta zabit Tsolak Xaçatryan müddətsiz aclıq aksiyası keçirir. Xaçatryan bildirib ki, hökumət onun konstitusion hüquqlarını pozur. O, illik məzuniyyətinin ödənilməyən hissəsinin kompensasiyasının nəzərdə tutulduğundan az olduğunu bildirir.

Bunlara etiraz olaraq əsgər valideynləri etiraz aksiyası keçiriblər. Onlar bildirirlər ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək templə artır. Orduda problemlər dözülməz həddə çatıb. Təmas xəttində əsasən kasıb insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar.

Yerli medianın yazdığına görə, Ermənistan hakimiyyəti bütün vasitələrdən istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hərbi hissələrdə əsgərlərin valideynləri ilə əlaqə saxlaması üçün yaradılan internet otaqlarını isə məlumatların sızmasının qarşısını almaq üçün bağlayıblar. Bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, Ermənistan ordusunda vəziyyət təsəvvür edildiyindən də qat-qat ağırdır. Etirazçılar davamlı şəkildə hökumət əleyhinə şüarlar və bəyanatlar səsləndirir, valideynlər övladlarının ölüm səbəbinin onlara açıqlanmasını tələb edirlər.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM