Alternative content

11:14 26 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın neft tarixi Azərbaycandan - Balaxanı və Bibiheybət mədənlərindən başlanır
Dünyanın neft tarixi Azərbaycandan - Balaxanı və Bibiheybət mədənlərindən başlanır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:05 27.09.2020


Dənizdən də "qara qızıl”ı ilk dəfə bizim neftçilər çıxarıb


Bütün dünya bilir ki, Azərbaycan neftin vətənidir. Bakının Balaxanı və Bibiheybət əraziləri tarixə ən qədim neft mərkəzləri kimi düşüb. Dünyada ilk neft quyuları burada qazılıb, neft hasilatına buradan başlanıb. Bu il sentyabrın 23-də Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən bunları bir daha xatırladıb.

Dövlət başçısı hazırda həmin yerlərin ekoloji fəlakət zonasından ekoloji cənnət zonasına çevrildiyini qeyd edib. Bu işin insanların sağlamlığına, ümumiyyətlə, neft gəlirlərinin xalqımızın rifahına, daha xoş gələcəyinə xidmət etdiyini vurğulayıb: "Hələ Prezident kimi fəaliyyətə başlayanda ilk aylarda bunu demişdim ki, "qara qızıl”ı insan kapitalına çevirməliyik. Bax, budur, "qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik. Deyə bilərəm ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir”.

İndi dünyanın bir çox dəniz akvatoriyalarındakı neft-qaz yataqlarında axtarış-kəşfiyyat işləri, eləcə də karbohidrogenlərin hasilatı həyata keçirilir. Dənizdə neftçıxarmanın tarixi də Xəzərdən - Xəzərin Azərbaycan sektorundan başlanıb. 71 il əvvəl burada polad estakadalar üstündə ilk dəniz mədəninin yaradılması dünya üçün tamamilə yeni bir hadisə olub.

Başqa sözlə, "Neft Daşları” adını alan həmin yataq ölkəmizi açıq dənizdə neftçıxarmanın vətəni kimi tanıdıb. "Neft Daşları”nın özünü isə "möcüzələr adası”, "dünyanın səkkizinci möcüzəsi” adlandırmağa başlayıblar.

"Neft Daşları” sonralar da bir çox ilklərə imza atıb. Yataq neft-qaz sənayesinin inkişafında yeni mərhələni - dəniz yataqlarının mənimsənilməsi təcrübəsini ortaya qoyub. Ötən illərdə burada meydançalarla birlikdə təxminən 300 kilometr estakada inşa edilib.

"Neft Daşları” Azərbaycanda neft hasilatının artmasına böyük təkan verib. Belə ki, bu yataqda ilk quyu fontan vurduğu vaxtdan bir il əvvəl - 1948-ci ildə respublikada illik neft hasilatı 14 milyon ton olub. Sonrakı vaxtda hasilat getdikcə artaraq 1966-cı ildə 22 milyon tona çatıb.

Dünya təcrübəsində ilk dəfə olaraq dənizdə laylara suvurma metodu da məhz "Neft Daşları” yatağında tətbiq edilib. İşlənmənin əvvəlindən bəri burada laylara 270 milyon kubmetrə yaxın su vurulub ki, bu da quyuların fontan üsulu ilə işləməsinin müddətini xeyli uzadıb. Nəticədə layların neftvermə əmsalı nəzərəçarpacaq dərəcədə artıb.

Ən son yenilik isə odur ki, yaxın gələcəkdə "Abşeron” qaz-kondensat yatağında quraşdırılacaq hasilat platformasının fəaliyyəti Neft Daşları ilə bağlı olacaq. Belə ki, platformanı kənardan, yəni Neft Daşlarında yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənib hazırlanmışdır. Xəzərdə ilk dəfə olaraq "boru içində boru” texnologiyası tətbiq ediləcək. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdikdən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Real” Televiziyasına verdiyi müsahibədə bildirmişdir ki, "Abşeron” yatağı ilə bağlılıq Neft Daşlarına yeni həyat verəcək.

Ulu Öndər Heydər Əliyev dəfələrlə bu dəniz şəhərində olmuş, onun qəhrəman neftçilərinin əməyini yüksək qiymətləndirmişdir.

"Neft Daşları XX əsrdən XXI əsrə atılmış körpüdür” demişdir.

Neft Daşları Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dəfələrlə dəniz neftçilərinin görüşünə gələn dövlət başçısı onların fədakar əməyinin şahidi olmuş, qayğıları ilə maraqlanmışdır. Neftçilərin bir çoxunu dövlət mükafatları ilə təltif etmiş, həmçinin əmin olduğunu bildirmişdir ki, Neft Daşları hələ uzun illər Azərbaycan xalqına xidmət edəcək.

"Neft Daşları” bu gün də nefti və qazı ilə ölkə iqtisadiyyatına sanballı töhfələr verir. SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, hazırda yataqda illik neft hasilatı 945-950 min ton, qaz hasilatı 85 milyon kubmetr həcmindədir. İşlənmənin əvvəlindən bu vaxtadək isə "Neft Daşları” yatağından təxminən 176,4 milyon ton neft və 14 milyard kubmetr təbii qaz hasil edilib.

Akademik həmçinin xatırladıb ki, Abşeron-Balaxanıyanı qalxımından neft alınması sonradan "Azəri-Çıraq-Günəşli” kimi yataqların açılmasına da zəmin yaradıb. Dünyada dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının əsasını qoymuş "Neft Daşları” yatağının kəşfi təkcə keçmiş SSRİ-də - Xəzər, Oxot, Barens dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bir çox dəniz və okean akvatoriyalarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verib.

Beləliklə, "dəniz neftçisi” peşəsi də əslində Azərbaycanda yaranıb. Yəni "Neft Daşları” yatağı açıq dənizdə işləmək üçün təcrübəli kadrların hazırlanmasında əsl məktəb olub. Keçmiş SSRİ-nin, həmçinin dünyanın bir çox neft regionlarındakı həmkarları həmin məktəbin yetişdirdiyi mütəxəssislərimizin bilik və təcrübəsindən bəhrələniblər.

Dünyada neft-qaz axtarışlarının və hasilatının böyük bir hissəsi dəniz akvatoriyalarının payına düşür. Okean və dənizlərin şelfində işlər getdikcə daha da genişlənir. İndi suyun dərinliyi min metrdən çox olan sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsi prosesi gedir. Bu böyük prosesin təməlini Azərbaycan neftçisi yaradıb! Ümumiyyətlə, neftin tarixi kimi dəniz neftinin də erası Azərbaycandan başlanıb!

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM