“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1083 nömrəli, 10 iyul tarixli 1100 və 1104 nömrəli, 10 avqust tarixli 1124 nömrəli, 11 avqust tarixli 1129 nömrəli fərmanları) 5.6-2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"5.6-2. həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi baxır;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2020-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır ...
25 Aprel
Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb
25 Aprel
Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə ...
25 Aprel
Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəst...
25 Aprel
Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümun...
25 Aprel
İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub ...
25 Aprel
Vətəndaşlara Şuşa, Suqovuşan və Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək ...
25 Aprel
Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb ...
25 Aprel
Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!