27 Sentyabr 2020 00:57
578
CƏMİYYƏT
A- A+

Könüllülük hərəkatı sumqayıtlıları birləşdirir


Sumqayıtda son illərdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Yol infrastrukturu yenilənir, yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasadlar təmir olunur. Şəhərdə bütün sahələrdə aparılan işlər gələcəyə hesablanan hədəfdir və bu prosesdə hər kəs öz gücünü sərf etməkdədir.

Xüsusi karantin rejimi şəraitində çalışan sumqayıtlılar əsl fədakırlıq nümunəsi göstərmiş, pandemiyaya qalib gəlmək üçün verilən qaydalara riayət etmişlər. Şəhərdə bununla bağlı əhali məlumatlandırılmış, maarifləndirmə işləri genişləndirilmişdir.

Bu istiqamətdə fəaliyyət göstərən könüllülər şəhər həyatının bir qüvvəsinə çevrilib. İlin əvvəlindən başlayan hərəkatın sıraları genişlənməkdə, qüvvə nisbəti fərqli dərəcədə çoxalmaqdadır. İctimai işlərdə daha çox fərqlənən könüllülər keçirdikləri bütün tədbirləri uğurla yerinə yetirmişlər.

Belə tədbirlərdən biri də bu günlərdə baş tutub. Sumqayıt Şəhər İcra Hakimiyyəti və ASAN könüllülərinin birgə təşkilatçılığı ilə Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib. Beynəlxalq Sahilyanı Təmizlik Günü, eyni zamanda, çimərlik mövsümünün bitməsi ilə əlaqədar təşkil edilən təmizlik aksiyası zamanı sahilyanı ərazilər tullantılardan təmizlənib.

Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır. Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizin ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabr ayının üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyir.

Xəzərin sahilində keçirilən bu tədbirdə əvvəl yalnız könüllülər iştirak edib. Sonradan sahildə istirahətə gələn insanlar da onlara qoşularaq birlikdə tullantıları toplamış və bu hərəkatın iştirakçısına çevrilmişlər.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video