Alternative content

15:06 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək verilib
AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:55 27.09.2020


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən "PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinin ilkin mərhələsində 10 rayondan olan 32 qadın fermerə texniki dəstək verilib.

İlkin mərhələnin sonunda layihənin tələblərinə uyğun gələn və keçirilən təlimlər modulunu uğurla tamamlayan Balakən, Şamaxı, Qusar, Sabirabad, Neftçala və Masallı rayonlarında fəaliyyət göstərən qadınlar ehtiyaclarına uyğun müxtəlif texniki avadanlıqlarla təmin olunublar. Onlara fəaliyyət göstərdikləri sahələrə balsüzən aparat, arı yeşikləri, seperator, yağ çəkən aparat, süd sağan maşın, yem və dən üyüdən maşınlar, meyvə qurudan aparat və digər avadanlıqlar verilib.

Qeyd edək ki, layihədə iştirak etmək üçün ilkin mərhələdə 500-dən artıq qadın fermer müraciət etmişdir. İndiyədək 72 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılıb. Tələb olunan şərtlərə uyğun gələn qadın fermerlər layihədə iştirak haqqı qazanıblar. Layihədə iştirak edən qadın fermerlərə texniki dəstəklə yanaşı, məsləhətlər verilir və təlimlər keçirilir.

Xatırladaq ki, müraciətlərin davam etdiyi AFAQ layihəsi aqrar sahədə fəaliyyət göstərən qadınların fəaliyyətini dəstəkləmək, onların bilik və bacarıqlarını artırmaq məqsədi ilə icra edilir. 2020-2021-ci illəri əhatə edəcək layihə çərçivəsində ümumilikdə 200-ə yaxın qadın fermerə dəstək verilməsi nəzərdə tutulur.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM