Alternative content

15:28 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Goranboylular çəkdikləri zəhmətin bəhrəsini görürlər
Goranboylular çəkdikləri zəhmətin bəhrəsini görürlər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:54 27.09.2020


Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Təsərrüfat sahibləri güzəştli qiymətlərlə yeni texnika, gübrə və yanacaqla təmin edilirlər. Kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan sübsidiyalar da aqrar sahənin inkişafını sürətləndirir.

Aqrar sahənin inkişafına yönəlmiş bu işlər söz yox ki, Goranboyda da təsərrüfat sahiblərinə stimul verir. Dövlətin bütün imtiyazlarından bəhrələnən fermerlər hər ili uğurlu göstəricilərlə yola salırlar.

Cari təsərrüfat ilində rayonda 22853 hektar sahədə dənli bitkilər, o cümlədən 8250 hektarda buğda, 12783 hektarda arpa və 1820 hektarda qarğıdalı yetişdirilmişdir. Bu da əvvəlki ildəkindən xeyli çoxdur. Keçən il buğda sahələrinin hər hektarından 32,2, arpa sahələrindən 31,2 sentner məhsul götürülmüşdüsə, cari ildə rəqəmlər bir qədər də yüksəlmişdir. Hətta elə təsərrüfatlar var ki, ən yüksək göstəricilərə nail olmuşlar. Məsələn, rayonda fəaliyyət göstərən Aqropark həmişə olduğu kimi, bu il də irəlidə getmişdir. Eləcə də fermerlərdən Etibar Əhmədov, Rauf Həmidov, Zaur Musayev, Vitali Korobkin, Zahid Novruzov, Hafiz Əkbərov və Rafiq Rəsulov hər hektardan 40-50 sentner məhsul götürmüşlər. Taxılın optimal müddətdə və itkisiz yığılması üçün biçinə ümumilikdə 61 ədəd kombayn cəlb edilmişdir.

Sentyabr ayınadək 474 hektar sahənin kartofu çıxarılmış, hər hektardan orta məhsuldarlıq 106 sentner olmuşdur. Rayon tərəvəzçilərinin də çəkdikləri əziyyət hədər getməmişdir. Belə ki, 1291 hektar tərəvəz sahəsinin hər hektarından orta məhsuldarlıq 75 sentner olmaqla 9683 ton məhsul götürülmüşdür. Hazırda sahələrdə yığım sürətlə davam edir.

Goranboylular bu il 82 hektarda şəkər çuğunduru da əkmişlər. Hazırda rayonda bu qiymətli bitkinin yığımı həyata keçirilir. Hələlik hər hektardan orta məhsuldarlıq 164,5 sentner təşkil edir. Digər sahələrdə də göstəricilər yüksəkdir. Məsələn, 2510 hektar günəbaxan sahəsinin hər hektarından orta məhsuldarlıq 25,5 sentner olmaqla 6400,5 ton, 10 hektar lobya sahəsinin hər hektarından orta məhsuldarlıq 20 sentner olmaqla 20 ton, 110 hektar bostan sahəsinin hər hektarından orta məhsuldarlıq 269,8 sentner olmaqla 2968 ton məhsul götürülmüşdür. Hazırda 8 hektar tütün sahəsində məhsul yığımı davam etdirilir.

Bu il Goranboyda 2775,5 hektar pambıq əkilmişdir. Hazırda yetişdirilmiş məhsulu xəstəlik və ziyanvericilərdən qorumaq üçün aqrotexniki tədbirlər uğurla davam etdirilir. Pambığın optimal müddətdə, itkisiz yığılaraq qəbul məntəqələrinə təhvil verilməsi üçün səmərəli işlərə başlanılmışdır. Keçən ildən fərqli olaraq bu il pambıqyığan maşınlara daha çox üstünlük verilməsi nəzərdə tutulmuşdur. Pambıq yığımına hazırlıq məqsədilə Goranboy Rayon İcra Hakimiyyətində qərargah da yaradılmışdır. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon ərazisində pambıq istehsalı ilə məşğul olan "MKT-İK” MMC-nin Qarabağ Regional filialının, "Goran-Cotton” ASC-nin və "AzərPambıq” MMC-nin Goranboy Pambıq istehsalı və qəbulu məntəqəsinin rəhbərləri ilə görüşmüş, pambıq yığımı zamanı qarşıya çıxa biləcək hər hansı problemin operativ şəkildə həll edilməsi üçün tapşırıqlar vermişdir.

Goranboy rayonu suvarma suyu ilə təminatda çətinlik çəkən rayonlar sırasındadır. Lakin dövlət başçısının diqqət və qayğısı ilə bu problem tədricən aradan qaldırılır. Belə ki, rayonda suvarma işinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının imzaladığı sərəncamla 89 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuş və bununla bağlı yerlər seçilmişdir. Həmin subartezian quyularından 61 ədədinin qazılması təmin olunmuşdur. Hazırda qazma işləri davam etdirilir. Cari ilin sonunadək quyuların qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, "Şəmkir maşın kanalı”nın 3-cü hissəsinin çəkilişi üçün də hazırlıq işləri davam etdirilir.

Goranboy rayonunda iqtisadi cəhətdən səmərəli olan tütünçülük də ildən-ilə inkişaf etdirilir. Bu məqsədlə cari təsərrüfat ilində Qaraçinar, Yenikənd, Şəfəq, Zeyvə və Qarqucaq kəndlərinin ərazisində ümumilikdə 8 hektar tütün əkini aparılmış, plantasiyalarda bol məhsul yetişdirilmişdir. Bu günədək yığılmış məhsulun 3 tona yaxını qurudularaq Şəki-Azəri korporasiyasına təhvil verilmişdir. Hazırda 50 tondan artıq yaş tütün qurudulmaqdadır.

Rayonda heyvandarlığın inkişaf etdirilməsinə də ciddi diqqət yetirilir. Bu məqsədlə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. Belə ki, bu istiqamətdə aparılan işlər nəticəsində iribuynuzlu mal-qaranın baş sayı 39150-yə, xırdabuynuzlu heyvanların baş sayı isə 198 min 260-a çatdırılmışdır. Cari iln 9 ayı ərzində rayon üzrə 3 min 835 ton ət, 31 min 165 ton süd, 19 miyon 853 min ədəd yumurta və 397 ton yun istehsal edilmişdir.

Hazırda rayonun əməksevər insanları yetişdirdikləri məhsulu vaxtında yığıb tədarük etmək üçün əllərindən gələni əsirgəmirlər. Onlar havaların əlverişli keçməsindən istifadə edərək hər gün səhər tezdən əkin sahələrinə çıxır, ildən-ilə inkişaf edən respublikamızın ərzaq təminatında üzərlərinə düşən işi vaxtında yerinə yetirməyi özlərinin vətəndaşlıq borcu hesab edirlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM