27 Sentyabr 2020 00:43
774
İQTİSADİYYAT
A- A+

Naftalandakı park günəş batareyaları ilə işıqlandırılacaq


Unikal sağlamlıq mərkəzi olan Naftalanın abadlaşması və müasirləşməsi, əhalinin və turistlərin rahatlığının təmin olunması istiqamətində başlanan quruculuq işləri davam edir.

Şəhərdə hər gün yeniliyin şahidi olmaq mümkündür. Bu yaxınlarda isə şəhərdə yeni pilot layihənin icrasına başlanmışdır. Belə ki, illərdən bəri zəif işıqlandırılan ən böyük parklardan biri - Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan alternativ işıqlandırma sistemi quraşdırılır.

Yeni işıqlandırma sistemi günəş enerjisi ilə qidalanan lampa və "solar” batareyaları ilə təchiz olunmuşdur. Hazırda parkda quraşdırma işləri başa çatmaq üzrədir və nəzərdə tutulur ki, gələcəkdə şəhərin digər ərazilərində də belə sistemin yaradılması həyata keçirilsin.

Söz yox ki, alternativ enerjidən istifadə elektrik enerjisinə qənaət etməklə yanaşı, şəhər əhalisinin və turistlərin axşam saatlarında istirahət etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün Qələbə parkına üz tutmalarına imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video