Alternative content

02:49 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Astaradan xəbərlər var
Astaradan xəbərlər var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 27.09.2020


Burzubənd kəndində yeni məktəb binası tikilib


Yeni dərs ilində rayonun daha üç kəndində müasir tipli yeni məktəblər inşa olunmuşdur. Burzubənd kəndində 360 şagirdlik ikimərtəbəli məktəb binasının inşası, Şəvqo və Xıçaso kəndlərinin hər birində isə 40 şagirdlik modul tipli məktəblərin quraşdırılması başa çatmışdır.

Ötən ilədək Burzubənd kəndində yararsız vəziyyətə düşmüş, darısqal, köhnə məktəb binasında tədris aparılırdı. Belə şəraitdə məşğələlərin səviyyəsi pedaqoji kollektivin narahatlığı, valideynlərin narazılığına səbəb olurdu. Yeni istifadəyə verilən, hər cür inventar və avadanlıqlarla təmin olunan binada isə şagirdlərin yüksək səviyyədə bilik alması üçün bütün imkanlar vardır.

Onu da qeyd edək ki, Burzubənd kəndində yeni məktəb binasının inşası son illər burada həyata keçirilən çoxsaylı sosial layihələrdən biridir. Kəndə gələn avtomobil yolu asfaltlaşdırılmış, təbii qazın verilməsi təmin edilmişdir. Lovayın su anbarından kəndə suvarma suyunun verilməsi üçün 500 tonluq su anbarı tikilmişdir.


Asxanakəran və Hamoşam kəndlərində abadlıq işləri davam edir


Hələ ötən əsrin 60-70-ci illərində Lerik rayonu ərazisindən Asxanakəran və Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə çəkilən elektrik xəttinin istismar müddəti başa çatdığından bu kəndlərə elektrik enerjisi verilişində yaranan fasilələr əhalinin haqlı narazılığına səbəb olurdu.

Problemin aradan qaldırılması üçün rayon rəhbərliyi aidiyyəti qurumlarla birlikdə yaşayış məntəqələrini Astara rayonundan elektrik enerjisi ilə təmin etmişdir. Bu məqsədlə Taxtanakəran kəndindən Motalayataq kəndinədək 13 kilometr uzunluğunda elektrik xəttinin çəkilişi başa çatdırılmış və elektrik enerjisinin verilişinə başlanmışdır. Bundan əlavə, rayon icra hakimiyyətinin köməyi ilə Hamoşam və Rıvadila kəndlərində Bəşərü çayı üzərində uzunluğu 12, eni 4 metr olan dəmir konstruksiyalı iki avtomobil körpüsü tikilərək bu günlərdə istifadəyə verilmişdir. Toradi kəndində isə Baba Rəsul ziyarətgahına gedən avtomobil yolunda təmir işləri aparılmışdır. Hamoşam kəndində Yaponiya səfirliyi tərəfindən inşasına başlanmış həkim məntəqəsinin tikintisi isə hazırda davam edir.


Ərçivan qəsəbəsində körpələr evi-uşaq bağçası müasir binaya köçmüşdür


Ərçivan qəsəbə körpələr evi-uşaq bağçası 1977-ci ildə sovxoz tərəfindən inşa olunmuş birmərtəbəli binada fəaliyyət göstərirdi. Bağçanın binası köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Bu ilin yanvar ayında Heydər Əliyev Fondunun vəsaiti hesabına Ərçivan qəsəbə körpələr evi-uşaq bağçası üçün 80 yerlik müasir tipli binanın inşasına başlanmış, sentyabrda tikinti işləri başa çatdırılmışdır.

Bağçada yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı, eləcə də digər inzibati və texniki otaqlar var. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz olunub.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları quraşdırılıb.

Seyran CAVADOV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM