Alternative content

08:57 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
02:30 29.10.2020 BİLDİRİŞ
02:30 29.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək bazarına açılan qapı
Əmək bazarına açılan qapı
ANA SƏHİFƏ / Təhsil
00:35 27.09.2020


Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi əhalinin səmərəli məşğulluğunun təmin edilməsidir. Bu sahədə aparılan işlər, əldə olunan nəticələr sosial rifahda əsas rola malikdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilir və geniş miqyas alır. Agentlik ötən il 103 028 işsiz və işaxtaran şəxsi münasib işlərlə təmin edib, özünüməşğulluq proqramına ötən il 10 354 nəfər cəlb edilib.

Bu ilin yanvar-avqust aylarında da dövlətin vətəndaş rifahına istiqamətlənən siyasətində məşğulluğa dəstək xüsusi yer tutub. Agentlik tərəfindən 75 minə yaxın şəxs işlə təmin olunub. Özünüməşğulluq proqramının genişləndirilməsi çərçivəsində minimum 12 min ailənin təsərrüfatının qurulması işləri aparılır ki, həmin ailələrin də 50 min üzvü var. Artıq son günlər 450 şəxsə aktivlər verilib. Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb. Bu proqram da məşğulluq imkanlarının artırılmasında önəmli rola malikdir.

Qeyd edilənlərlə yanaşı, Azərbaycanın malik olduğu inkişaf strategiyasının əsas cəhətlərindən biri - işçi qüvvəsinin əmək bazarının inkişafına uyğun rəqabət qabiliyyətinin artırılması, işsiz və işaxtaranların əmək bazarına çıxışının asanlaşması üçün onların peşə-əmək qabiliyyətlərinin işəgötürənlərin tələblərinə uyğunlaşdırılmasıdır. Ərazi Məşğulluq mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı təqdirdə onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə işəgötürənlərin mövcud tələblərinə uyğun peşələr üzrə hazırlıq və əlavə təhsil kursları təşkil edilir.

Bu gün Dövlət Məşğulluq Agentliyi tərəfindən belə gənclər üçün əmək bazarının tələblərinə uyğun 140-dan çox peşə üzrə hazırlıq kursları var. Onların bir hissəsi modul təlim proqramları əsasında aparılır. Agentliyin Bakı və Göyçay şəhərlərindəki Regional Peşə Təhsili Mərkəzləri mühüm maddi-texniki potensiala malik olmaqla peşə hazırlığı işinin təşkilində əhəmiyyətli rol oynayır. Peşə hazırlığı kurslarına cəlb edilənlərin 73 faizi həmin mərkəzlərin payına düşür. Ölkədə Regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin respublikanın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində 2019-cu ilin dekabr ayında Gəncə şəhərində də Peşə Hazırlığı Mərkəzi yaradılıb.

Yaxın vaxtlarda Quba və Bərdə rayonlarında da belə mərkəzlərin istifadəyə verilməsi planlaşdırılır. Məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşlar, xüsusilə gənclər üçün müasir tələblərə uyğun peşə hazırlığı infrastrukturunun formalaşdırılması, bu sahədə xidmətin keyfiyyətinin və bölgədə yaşayan müvafiq şəxslərə əlçatanlığının artırılmasıdır.

Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi əsas prioritetlər sırasında yer alıb. Strategiyada bu istiqamətdə müəyyən edilən hədəflər arasında 2019-2030-cu illər ərzində Azərbaycanda regional peşə tədrisi mərkəzlərinin sayının 10-a çatdırılması da nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, 2019-cu ildə nazirliyin xətti ilə ümumilikdə 3400-ə yaxın şəxs (o cümlədən Dövlət Məşğulluq Agentliyi tərəfindən 3168 nəfər, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 227 nəfər), 2018-2019-cu illərdə təqribən 6 min nəfər peşə hazırlığına cəlb olunub. Kurslarda aşpaz, qənnadçı, dərzi, xalçaçı, kompüter mühasibliyi, qazanxana maşinisti, kompüterçi dizayner, ingils dili, ekskursiya bələdçisi, elektrik quraşdırıcısı, əl ilə qaynaq, əməliyyatçı mühasib, vizajist, kişi bərbəri, bərbər-manikürçü peşələri tədris edilib. Kursu bitirənlərə peşə sertifikatları verilib.

Cari ildə pandemiya səbəbindən bu sahədə peşə kurslarında fasilə yarandı. Lakin bu ilin ilk aylarında pandemiyaya qədərki dövrdə artıq 800 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Təbii ki, pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edib. Nazirlər Kabinetinin Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olundu. Peşə hazırlığına cəlb olunanlara hər ay minimum əməkhaqqı qədər (250 manat) təqaüd verilir.

Bir faktı da qeyd edək ki, işəgötürənlərə də peşə hazırlığı kurslarının təşkilində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq imkanı yaradılıb. İşəgötürənlərin sifarişi ilə bir sıra kurslar da təşkil olunub.

Gələn il Dövlət Məşğulluq Agentliyi tərəfindən 9 min nəfərin peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur. Bununla bərabər, agentlik peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində növbəti ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq. Agentlik 2021-ci ildə 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə) standartlarına uyğun mütəxəssis hazırlığını təmin etməyi planlaşdırır.

Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədinə xidmət edir. Həmin mütəxəssis hazırlığının təşkili üçün hazırda beynəlxalq tərəfdaşlarla da müzakirələr aparılır. Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar.

İşaxtaran vətəndaşlar və gənclər üçün peşəyönümü tədbirlərinin təşkili davam etdirilir. Ötən il agentlik tərəfindən 135 minədək gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verilib, əmək bazarının tələblərinə uyğun düzgün peşə seçimləri məqsədilə peşəyönümü xidməti göstərilib. Peşəyönümü xidmətinin əsas hədəf qrupları rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyatda olan işaxtaran vətəndaşlar, gənclər, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupları, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanlar, orta-ixtisas və ali təhsil müəssisələrinin tələbələridir. Peşəyönümü tədbirləri onlara düzgün peşə seçimində dəstək olur ki, bu da gənclərin gələcəkdə əmək bazarında özlərinə yer tutmalarına imkan yaradır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni peşə və kvalifikasiya standartlarının hazırlanması prosesi davam etdirilir. Bu prosesdə beynəlxalq və yerli mütəxəssislərlə yanaşı, işəgötürənlərin iştirakına da xüsusi önəm verilir. Peşə standartları işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

İradə ƏLİYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM