27 Sentyabr 2020 00:29
575
CƏMİYYƏT
A- A+

Vətənimizi və xalqımızı layiqincə təmsil etməliyik


Azərbaycan dövləti gəncliyin inkişafı üçün hər cür şərait yaradıb


Azərbaycan Prezidenti İlham Əliyey yeni tədris və Bilik Günü münasibətilə xalqımızı, o cümlədən müəllim, tələbə və şagirdləri təbrik edərkən bir daha vətənpərvərliyin, elmli-bilikli olmağın vacibliyini gənc nəslin diqqətinə çatdıraraq bildirdi ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər.

Onlar bilikli, savadlı olmalıdırlar ki, göstərilən etimadı doğrultmaqla, ölkəmizi idarə etsinlər: "...Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər...”

Dövlət başçısının müraciətində biz gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda formalaşdırılmasına bir çağırış vardı. Böyüməkdə olan yeni nəsilin Azərbaycanın daha qüdrətli inkişafında mühüm rol oynadığı, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqə olduğu xüsusi vurğulanırdı. Ona görə də istər valideynlər, istərsə onların Vətən üçün yetişdirməli olduğu gənclər də daim aktual olan bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar.

...Laçın rayonundan məcburi köçkünəm. Bakı şəhərində müvəqqəti məskunlaşmış ailəmiz beş nəfərdən ibarətdir. Atam Nəriman Zeynallı coğrafiya mütəxəssisi, Qarabağ müharibəsi veteranıdır. Anam Şəfəq Qorçuyeva riyaziyyat müəllimidir və bir pedaqoq kimi nailiyyətlərimdə rolu böyükdür. Bacılarım Mehriban və Səbinə də uğurları çox olan gənclərdəndirlər. Böyük bacım Mehriban Azərbaycan Tibb Universitetini başa vurub, Türkiyədə uzman həkim kimi fəaliyyət göstərir. Səbinə isə Bakı Dövlət Universitetini bitirib, Türkiyədə Psixologiya ixtisası üzrə magistratura təhsili alır.

Orta təhsilə Bakıdakı 81 saylı məktəbdə başlamışam, sonra Avropa Azərbaycan Məktəbinin qəbul imtahanında 1-ci yer tutaraq ödənişsiz təhsil almaq haqqını qazanmışam. Bu məktəbin ilk məzunlarındanam. Avropa Azərbaycan Məktəbində təhsil aldığım müddətdə ölkədaxili və beynəlxalq səviyyədə keçirilən fənn olimpiadalarında fəal iştirak etmişəm.

2014-cü ildə Türkiyənin Antalya şəhərində keçirilən "VI Beynəlxalq Fənn Olimpiadası”nda coğrafiya üzrə 11-ci siniflər arasında 1-ci yeri tutaraq qızıl medala layiq görülmüşəm. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "İstedadlı Uşaqlar Festivalı-2015” layihəsində qazandığım uğurlara görə diplomla təltif olunmuşam.

2015-ci ildə ali məktəblərə qəbul imtahanında 677 bal toplayaraq ADA Universitetini seçmişəm. Dövlət başçısının 14 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm. Burada təhsil aldığım müddətdə ictimai fəallardan hesab edilmişəm. 2016-cı ilin yayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının "Çənlibel” IX Liderlik Məktəbinin qalib iştirakçılarından biri olduğum üçün qürur hissi keçirmişəm.

2 il ADA-da oxuduqdan sonra təhsilimi ölkə xaricində davam etdirməyə qərar verdim. Hazırda Avropanın iqtisadiyyat üzrə qabaqcıl ali təhsil müəssisələrindən olan, İtaliyanın paytaxtı Roma şəhərində təhsilimi davam etdirirəm. Malta və Polşada Erasmus tələbə mübadiləsi proqramında iştirak etmişəm. Əsas məqsədim gələcəkdə iqtisadiyyat sahəsində yüksəkixtisaslı kadr kimi yetişərək ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafına öz töhfəmi verməkdir.

Bütün bunlar bir gənc, tələbə olaraq mənim keçdiyim hələ ki, qısa hesab edilən həyat yolumda qazandığım cüzi də olsa uğurlarımdır. Buna görə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına şərait yaratdığına, inandığına və güvəndiyinə görə Prezidentimiz İlham Əliyevə, eyni zamanda, Heydər Əliyev Fondunun xətti ilə uşaq, yeniyetmələrə, eləcə də ali təhsil alan gənclərimizə diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram.

Murad ZEYNALLI,

İtaliyanın Roma şəhərindəki Tor Vergata Universitetinin magistrantı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video