Alternative content

10:05 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
08:23 20.10.2020 Cəbhədə son vəziyyət
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəbih
Şəbih
ANA SƏHİFƏ / Mədəniyyət
00:24 27.09.2020


"Ey dad Şimr əlindən

Fəryad Şimr əlindən!

Köpək götürdü qaçdı

Bir cad Şimr əlindən”.

Məhərrəm ayının iyirmisi və ya iyirmi İkisi idi, xəyalımdan çıxıb. Oxucuların da əhvalına təfavüt eləməz... Nahardan sonra çıxıb özümü yelə verirdim. Xəstəxananın yanından bir şəxs çıxdı. Üzü sarıqlı, qoltuqlarında İki çəlik, qarğa kimi hoppana-hoppana mənə tərəf gəlirdi. Yaxınlaşanda Ağayi Füzulüzzakirini tanıdım ki, qabaq mənimlə aşna idi və neçə dəfə səyahətdə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən, bayatı-qacarları ilə ləzzəti-ruhani veribdir.

- Ağa, olmasın azar, bu nə halətdir sizdə görürəm?

Cavab verib dedi:

- Ayaq üstündə dura bilmirəm. Keyfiyyətim uzundur. Məni öz mənzilinə apar, orada söhbət edərik.

Ağanı faytona mindirib gətirdim evə, dedim samovar hazır etsinlər.

Özümüz keçdik otağa. Ağa buyurdu ki, samovar yaxşı şeydir, amma mümkün olsa idi bir az başqa boğaz isladan verəydin, bəd olmazdı. Ərz etdim ki, bitədarükəm, inşallah gələn dəfə düzələr.

Ağa papiros çıxardıb, yandırıb, İki yanıqlı qullab vurandan sonra bir ah çəkib dedi:

- Evim yıxıldı. Bu il mədaxildən düşdüm, yaxşı qazancım olacaq idi, Allah vermədi. Yəqin məsləhət belə imiş!

Dedim:

- Bunlar hamısı ötüşər, insana cansağlığı lazımdır. Yaxın əyləş, söhbətini başla!

Ağa özünü yaxına verib bir öskürdü, sonra başladı hekayəti:

- Ərz olsun sizin xidməti-şərifinizə, bu il bizim Ərdəbil şuluq olmağına binaən vaxtında özümü buraya yetirə bilmədim. Özünüzə məlumdur ki, mən də həmişə məhərrəm ayına bir ay qalmış Qafqaz məmləkətinə gəlirəm və vaxtında, oxumalı məscidləri müəyyən edirəm. Ona görə də Allah mömin qardaşlara bərəkət versin, ildə beş-on şahı qulbeçələrimə çörək pulu aparıram. Bu il məhərrəm ayına ancaq on gün qalmış Badkubəyə varid oldum. Təkyələri bir-bir gəzib, gördüm hər yerdə mərsiyəxan tutulub. Getdim Gəncəyə, olmadı. İstədim Irəvana, Naxçıvana tərəf gedim, məsləhət görmədilər; dedilər: "Gedərsən Molla Mahmud Çakərlə Şahtaxtılı oğlu o qədər vurarlar ki, bir belə də şişərsən”. Çox fikir edəndən sonra dedim: yenə Dəccalabad yaxşıdır. Oranın əhli həm mömİndirlər, həm mərsiyəxana ehtiram edirlər. Gəldim çıxdım Dəccalabada.

Məscidlərə getdim, mərsiyəxan hazır, təkyələrə getdim, həmçinin. Axtarıb bizim Molla Nəbiqulunu tapdım ki, çoxdan Dəccalabadda müqimdir. Ərbədildə arvadı ilə dalaşıb, dörd uşağı ilə qoyub gəlib. Dəccalabadda İki arvad alıb. Biri iranlı, o biri həmin yerli. Yaxşı oğlandır, allah öz pənahında saxlasın, Dəccalabadda əmələyi-movtadan hesab olunur.

Çox danışdıqdan sonra Nəbiqulu məsləhət gördü ki, onunla birləşib Dəccalabadın meydanında şəbih çıxardaq. Baxdım gördüm ki, bu da bəd deyil. On üç gün şəbih çıxartsaq, azından altı-yeddi yüz manat ələ gətirmək olar. Mən də razı oldum.

Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi. Başladıq şəbihi: "Vəfati-Səkinə”, "Tiflina-Müslim”, "Ricəti-üsəra” və sair müsibətlərdən gətirirdik. Yığılan cəmiyyəti görsəydiniz, təəccüb edərdiniz ki, pul göydən yağış kimi yağırdı. Bu minvalla məhərrəmin doqquzunu başa verdik.

Onuncu günü şəbihi şəhərin ətrafında, bir böyük kəndin yaxınlığında çıxarmağa başladıq ki, kənd əhalisi də feyzyab olsun. O qədər camaat yığışmışdı ki, iynə atsaydın, yerə düşməzdi. Molla Nəbiquluya dedim ki, bu dəfə sən Cəbrayıl şəbihi olacaqsan.

Bir uca ağacın baş budağına bir yeşiyi kəndirlə möhkəm bağlayıb Molla Nəbiqulunu əyləşdirdim yeşiyin içində və tapşırdım ki, İmam şəbihini şəhadətə yetirəndə ağacın başından uca səslə "qütiləl Hüseyn” deyib qışqırarsan. Özüm də bir sarı qoyun dərisindən tikilmiş kürkü tərsinə geyib bir damın içində gizlənmişdim ki, "İmamı” şəhadətə yetirəndən sonra gəlim meydana.

Şəbih başlandı. Əgər desəm qiyamət bərpa olmuşdu, inanın. Nəinki camaat, yerlər, göylər, ağaclar... hamısı, deyə bilərəm, səs-səsə verib nəvayə gəlmişdilər... Damın içindən baxıram, gözlərimdən yaş sel kimi axır. Şühəda bir-bir gəlib şəhid oldular. Axır növbət yetişdi İmam Hüseyn şəbihinə. Bu şəbih əlində qılınc meydana girəndə camaata bir vəlvələ düşdü ki, dil nəql etməkdə acizdir. "İmam” şəbihi şəhadətə yetəndə qulağımı verdim Nəbiquluya tərəf. Dedim: İndi "qütiləl Hüseyn” səsi oradan gələndə camaatın yarısı bihuş olub özündən gedəcək.

Bir də eşitdim bir şey top kimi partladı, camaat bir-birinə qarışdı. Qorxub başımı damdan bir az eşiyə çıxartdım ki, görüm nə əhvalatdır. Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulu yeşiklə bərabər ağacdan uçub, düşüb Qasım otağının üstünə. Otaq əzilib, Molla Nəbiqulu "vay öldüm” deyib zarıyır. Camaat Molla Nəbiqulunu bir evə apardılar. Bir də eşitdim: bir ağsaqqal kişi qışqırır: "Atana lənət, ay İmam təziyəsinə şuluqluq salan!”

Camaat sakit oldu. Hər kəs çəkildi öz yerinə. Növbət mənə yetişdi ki, damdan çıxıb dörd əl-ayağımın üstündə meydana gəlim. Damla meydanın arası bir əlli qədəm olardı. Damdan əynimdə tərs kürk, heyvan sifətində çıxan kimi kəndin bir sürü itləri tökülüb üstümə başladılar məni dartışdırmağa. Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzından qurtardılar və haraya gəlincə, itlər məni bu gördüyünüz halətə saldılar. O vaxtdan xəstəxanada yatıram. Aldığım pulların çoxusu xərc olub. İndi Allah bilir nə vaxt sağalıb vətənə qayıdacağam.

Ağa sözünü qurtardı. Qulaq asıb dedim:

- Türk məsəlidir: "Dost yolunda çovğun olar, qar olar”. Nə eybi var, İmam yoludur; İmam özü fəryadına yetər.

Ağa "Allaha pənah” deyib çay içməyə başladı.

Əbdürrəhim bəy Haqverdiyev,

(Molla Nəsrəddin jurnalı, S.7, 1912)





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM