Alternative content

15:32 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri mükafatlandırılıb
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri mükafatlandırılıb
ANA SƏHİFƏ / Təhsil
00:20 27.09.2020


Sumqayıt şəhərində yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin nümayəndələri, həmçinin məzunlar iştirak edib. Tədbir karantin rejiminin qaydalarına uyğun şəkildə reallaşıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışılıb, bu istiqamətdə görülən işlər diqqətə çatdırılıb.

Bildirilib ki, COVID-19 pandemiyasına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf prinsiplərinin əsas təminatı kimi təhsil və tədrisin yeni şəraitə uyğun şəkildə təşkil olunması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir.

Çıxışlarda qeyd edilib ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür və ölkəmizdə gənclərə geniş imkanlar yaradılır. Prezidentin təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpusları inşa olunur.

Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 18-i yeni tikilib, 14-ü əsaslı təmir olunub. Eyni zamanda, 2018/2019-cu tədris ilində Abşeron rayonu "St. Sumqayıt” ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta və şəhər 4 saylı tam orta məktəbləri yeni binalarda fəaliyyətə başlayıb, 2019-2020-ci tədris ilində isə Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün tikilmiş şəhərcikdə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün inşa olunan yeni bina şagird və müəllim kollektivinin istifadəsinə verilib.

Cari ildə 554 məzundan 495 nəfəri, yəni 89,3 faizi ali məktəblərə sənəd verib və onlardan 360-ı qəbul olub. Qəbul imtahanlarında iştirak edən 49 məzun 500-600 arası, 22 məzun isə 600-700 arası bal toplayıb. Rayon üzrə bu il qəbul faizi 73 faiz təşkil edib. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasətinin nəticəsidir.

Tədbirdə çıxış edən tələbə adını qazanan rayon məktəblərinin məzunları göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirib.

Sonda yüksək bal toplamış gənclərə mükafatlar təqdim edilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM