Alternative content

10:27 26 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ukrayna Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğramasının mümkün səbəbini açıqlayıb
Ukrayna Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğramasının mümkün səbəbini açıqlayıb
ANA SƏHİFƏ / DÜNYA
14:21 26.09.2020

Xarkov yaxınlığında "An-26” təyyarəsinin qəzaya uğramasına çox güman ki, texniki nasazlıq səbəb olub.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə naziri Andrey Taran məlumat verib.

"Hansısa texniki nasazlıq yaranıb. Onun nədən ibarət olduğunu müəyyən edəcəyik. İlkin nəticəyə qara qutular deşifrə edildikdən sonra gəlmək olacaq”, - deyə nazir bildirib.

Nazirlik, həmçinin bu gün səhər saatlarında təyyarənin qara qutularının tapıldığı barədə məlumat yayıb.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus "An-26” hərbi nəqliyyat təyyarəsi dünən axşam təlim uçuşu zamanı Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza anında təyyarənin göyərtəsində 27 nəfər - 7 ekipaj üzvü və Xarkov Milli Hava Qüvvələri Universitetinin 20 kursantı olub. Baş prokurorluğun məlumatına görə, insident nəticəsində 25 nəfər həlak olub, ağır yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.

Xilasedicilər qəza yerində axtarış işlərini dayandırıb. Hadisə ilə əlaqədar "qəzaya və ağır nəticələrə səbəb olan uçuş qaydalarının pozulması” maddəsi üzrə cinayət işi başlayıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin bu gün Xarkova gələcəyi gözlənilir. Onun sərəncamına əsasən, qəzanın səbəblərini təhqiq etmək üçün dövlət komissiyası yaradılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM