Alternative content

05:03 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qubada yeni inşa olunan 35/10 kilovoltluq “Rustov” yarımstansiyası istifadəyə verilib
Qubada yeni inşa olunan 35/10 kilovoltluq “Rustov” yarımstansiyası istifadəyə verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:17 26.09.2020
"Azərişıq” ASC tərəfindən Qubanın ucqar Qamqam kəndində tikilən 35/10 kilovoltluq 4 MVA gücündə yeni "Rustov” yarımstansiyası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni yarımstansiya Qubanın 27 yaşayış məntəqəsi üzrə 1200 abonenti dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək, eyni zamanda yenidən qurulan elektrik təchizatı şəbəkələrində itkilər minimuma endiriləcək.

Yarımstansiyanın açılış mərasimində bildirilib ki, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olaraq əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində "Azərişıq” ASC qarşıya qoyulan tədbirlər proqramının icrasına məsuliyyətlə yanaşır. Hazırda demək olar ki, ölkənin əksər ərazilərində elektrik enerjisi təsərrüfatının yenilənməsi istiqamətində işlər görülür.

Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi, Quba Elektrik Şəbəkəsi, xüsusilə ucqar dağ kəndlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni güc mərkəzləri istifadəyə verir. Rustov ərazisini elektrik enerjisi ilə təchiz edən 10 kilovoltluq hava xəttinin uzunluğunun normadan artıq olması (68 km) QamQam kəndi ərazisində 4 MVA gücündə olan yeni "Rustov” yarımstansiyası tikintini şərtləndirən əsas amillərdən olub. Bu yarımstansiyanın istismara verilməsi ilə mövcud 10 kV-luq Rustov hava xətti 3 hissəyə bölünərək, ümumilikdə 13 min sakinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırıb. Əsparəsti və Qorxmazoba kəndlərinin qidalanması da yeni inşa edilən "Rustov” yarımstansiyasından olacaq.

Son səkkiz ay ərzində şimal regionu üzrə 3 yarımstansiya tikilərək istifadəyə verilib, bir mövcud yarımstansiya isə yenidən qurulub. Hazırda 35/10 kilovoltluq iki yarımstansiyanın inşası davam etdirilir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM