Alternative content

03:35 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa koronaböhranın ikinci mərhələsindədir
Avropa koronaböhranın ikinci mərhələsindədir
ANA SƏHİFƏ / DÜNYA
00:22 26.09.2020


Qitə dövlətləri təkrar karantin tətbiq etməməyə çalışır


Ötən yazda yeni tip koronavirusun yayılmasını yavaşıtmaq üçün Avropanın, demək olar ki, bütün ölkələrində sərt karantin tədbirləri tətbiq edilmiş, nəticədə ictimai həyat və iqtisadiyyat praktiki olaraq iflic olmuşdu. Yay aylarında gərginlik müəyyən qədər azalmış, bir çox məhdudiyyətlər ləğv edilmişdi. İndisə təhlükə yenidən özünü büruzə verir.

Məlumata görə, Köhnə dünyada hər gün 40-50 min nəfər koronavirusa yoluxur. COVID-19-a yoluxma hallarının sürətlə artması aparılan testlərin çoxalması ilə izah edilə bilməz. Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin rəhbəri Hans Klugenin fikrincə, "sentyabr ayının məlumatları hamımız üçün həyəcan siqnalı olmalıdır”, çünki indiki rəqəmlər artıq mart ayında qitədə pandemiyanın ilk zirvəsindəki rəqəmlərdən böyükdür.

Bununla belə, Avropa dövlətlərinin liderləri koronavirusa yoluxma mənzərəsinin ölkələri üçün fəlakətli olacağını nəzərə alaraq, nəyin bahasına olursa-olsun, təkrar karantinin tətbiqindən çəkinmək istəyirlər.


Epidemiya Çexiyaya qayıtdı


Cari ayın əvvəllərindən bəri Çexiyada koronavirus infeksiyasının yayılması sürətlənir. Proses belə davam etsə, gələn ay ölkədə 120 minə qədər xəstə ola bilər. Bu, Səhiyyə Nazirliyi mütəxəssislərinin verdiyi ən bədbin proqnozdur.

Ölkədə praktiki olaraq hər gün infeksiya sayının artması baxımından yeni rekordlar qeydə alınır. Səhiyyə Nazirliyinin məlumatına görə, Avropa ölkələrində ən mürəkkəb epidemioloji vəziyyət yalnız İspaniyanın materik hissəsində müşahidə olunur. Çexiyada virusun törətdiyi ağırlaşmalardan sonra ölüm nisbəti artır. Burada ağır xəstələrin sayı da çoxdur.

Ölkənin Baş Naziri Andrey Babiş xalqa müraciətində bildirmişdir ki, Çex Respublikasının ötən yaz ilk dalğasından uğurla xilas olduğu koronavirus epidemiyası geri qayıtmışdır və ona görə də sosial məhdudlaşdırıcı tədbirlərə, şəxsi gigiyena tələblərinə, sanitariya qaydalarına ciddi riayət etmək lazımdır. Hökumətin başçısı demişdir: "İlk dalğanın öhdəsindən gəldik. İyulun 1-də hər yerdə tibbi maska taxmağı dayandırdıq. Bu, təkrarlamaq istəmədiyim bir səhv idi. Epidemiyanın ikinci dalğasını nisbətən yaxşı keçməyimiz üçün sosial məhdudiyyətlərə riayət etməliyik”.

Babiş əhalini ictimai yerlərdə tibbi maska taxmağa, əlləri tez-tez dezinfeksiya etməyə və sosial məsafə saxlamağa çağırmışdır. O xatırlatmışdır ki, koronavirusun yayılmasının sürətlənməsi yaşlı sakinlər və qan təzyiqi, şəkər, ürək və ağciyər xəstəliklərindən əziyyət çəkənlər üçün daha böyük təhlükə yaradır: "Yaşlı vətəndaşları qorumaq lazımdır. Bəzilərinin, xüsusilə gənclərin tibbi maska taxmaqdan imtina etməsi başqalarının həyatını təhlükə altına qoyur. Yazda olduğu kimi, iqtisadiyyatı dayandırmaq istəmirik. Eyni zamanda vətəndaşların sağlamlığı barədə düşünməliyik. Vəziyyət ciddidir, amma bilirəm ki, bunun öhdəsindən gələcəyik”.

Digər tərəfdən, Avropa ölkələri bir-birinin ardınca Çexiyanı koronavirusa yoluxma təhlükəsinin ən ciddi olduğu dövlətlər siyahısına daxil edir. Bu ölkələrin sonuncusu Niderlanddır. Çexiyanı ziyarət etmiş və krallığın ərazisinə daxil olan adamlar ongünlük karantin qaydalarına riayət etməlidirlər. Koronavirus testi neqativ çıxanlar da evdə təcrid olunmalıdırlar. Slovakiya və Kiprdə Çexiyanı ziyarət etmiş şəxslər də evdə təcrid olunmaq öhdəliyi götürmüşlər. Böyük Britaniya Çexiyadan Birləşmiş Krallığa girişi məhdudlaşdırmışdır. Oxşar praktikanın Almaniyada da tətbiq olunması gözlənilir.


İspaniya və Fransa lokal məhdudiyyətlərlə kifayətlənmək niyyətindədir


Yaz aylarında sərt karantin tədbirlərindən ən çox zərər çəkən İspaniya və Fransa olmuşdur. Bu iki ölkədə iqtisadi tənəzzül çox dərin idi. İndi İspaniya və Fransada infeksiyaya yoluxma hallarının sayında ən yüksək artım müşahidə olunur.

Buna baxmayaraq, Fransa yeni ümummilli karantin tətbiq etmək əvəzinə, Paris, Marsel, Bordo, Nitsa və Tuluza kimi xüsusilə problemli şəhərlərdə daha sərt məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Bu şəhərlərdə toplantılar qadağan olunmuş, barların iş vaxtı qısaldılmış və qocalar evlərinə girişə məhdudiyyət qoyulmuşdur. Parisdə və bəzi digər yerlərdə evin xaricində tibbi maska taxmaq tövsiyə olunmuşdur.

İspaniya hökuməti daha sərt tədbirlərə əl atmışdır. Keçən bazar ertəsindən bəri paytaxt Madridin altı rayonunda və yeddi kommunasında karantin tətbiq edilmişdir. Qadağan olunmuş zonalara giriş-çıxışa yalnız müstəsna hallarda icazə verilir: iş yerinə gəlmək, həkimə, məktəbə və ya çağırışla polis bölməsinə getmək icazəlidir. İki həftə ərzində yerli əhalinin hər 100 min nəfərinə mindən çox yeni yoluxma faktının qeydə alındığı yaşayış rayonlarında belə tədbirlərin görülməsinə qərar verilmişdir.


Almaniya hökuməti vətəndaşların düşüncəsinə bel bağlayır


Alman biznesinin nümayəndələri xəbərdarlıq edirlər ki, ölkədə yeni karantin çox acınacaqlı fəsadlar doğurar, iflas dalğasına səbəb olardı. Önların fikrincə, ölkədəki bütün firmaların beşdəbiri onsuz da koronavirus pandemiyasından xilas olacağına əmin deyil. Ona görə də yeni karantinin tətbiq ediləcəyi halda həmin şirkətlər fəaliyyətini birdəfəlik dayandırmalı olacaq.

Almaniyada COVID-19-a yoluxanların sayı da artır, lakin ikinci karantindən söhbət gedə bilməz. Səhiyyə naziri Yens Şpan vətəndaşların düşüncəsinə və məsuliyyətinə bel bağlayır. O hesab edir ki, pandemiyanın baş qaldıracağı rayonlarda məqsədyönlü sərt tədbirlərlə kifayətlənmək olar.

Maliyyə Nazirliyi də təkrar karantinə hazırlaşmır. 2021-ci il dövlət büdcəsində koronavirusun doğurduğu böhranın fəsadlarını aradan qaldırmaq üçün 96 milyard avroluq əlavə kredit nəzərdə tutulmuşdur. Eyni zamanda Maliyyə Nazirliyi belə bir fikirdədir ki, pandemiya ölkənin iqtisadi həyatının bir daha iflic olmasına gətirib çıxarmayacaq.


Dumanlı Albion ikinci karantinə hazırlaşır


Böyük Britaniyada vəziyyət bir qədər fərqlidir. Birləşmiş Krallığın Səhiyyə naziri Mətt Hənkok bildirmişdir ki, "biz ümummilli karantinin qarşısını almaq istəyirik, amma buna hazırıq”.

Britaniyada koronavirus təxminən 42 min nəfərin ölümünə gətirib çıxarmışdır. Bu, Avropanın hər hansı digər ölkəsində olduğundan çoxdur. İndi Dumanlı Albionda təkcə yeni yoluxma hallarının sayı yox, həm də xəstəxanalarda COVID-19 diaqnozu qoyulmuş xəstələrin sayı yenidən sürətlə artır. Bu səbəbdən ötən həftə insanlar arasında təmaslara qoyulmuş məhdudiyyətlər xeyli sərtləşdirilmişdir.

Digər Avropa ölkələrində olduğu kimi, Britaniyada da pandemiya ocaqlarında lokal tədbirlərin köməyi ilə vəziyyəti nəzarət altında saxlamağa çalışırlar. Belə ki, Birmingem, Qlazqo və bəzi digər böyük şəhərlərdə eyni mənzildə yaşamayan insanlar arasında qapalı məkanlarda, bəzi yerlərdə isə küçələrdə təmaslara qoyulan qadağalar yenidən tətbiq olunmuşdur.

Yerli aparıcı alimlər oktyabr ayında payız tətili zamanı evdən çıxmağa və bütün sosial təmaslara ikihəftəlik ümummilli qadağası tətbiq olunmasını tövsiyə edirlər. Onların fikrincə, məktəb tətili cəmi bir həftə olsa da, karantinin daha bir həftə uzadılması təhsilin keyfiyyətinə elə də böyük təsir göstərməz.

Avropanın hər yerində olduğu kimi, Britaniyada da heç kim ikinci karantini istəmir. Pandemiya ilə mübarizədə lokal tədbirlərlə yanaşı, yerli siyasətçilər insanların intizamlı və ehtiyatlı olmasına ümid edirlər. Səhiyyə naziri Mətt Hənkokun vurğuladığı kimi, "millət yol ayrıcındadır, seçim belədir: ya hamı qaydalara əməl edəcək, ya da əlavə tədbirlər görməli olacağıq”.

Hadisələrin gedişi göstərir ki, Avropa İttifaqı ölkələrinin tədricən koronavirusun ikinci dalğası ilə "qucaqlaşacağı” şübhə doğurmamalıdır. Fərq ondadır ki, ötən yazda əhalinin əksəriyyəti bütün məhdudiyyətləri fəal şəkildə dəstəkləyir, virusa yoluxmaqdan ehtiyat edirdi. İndisə iqtisadiyyat ön plana çıxmışdır. Çexiya və ya Almaniya kimi ilk karantini uğurla keçmiş ölkələrdə belə gəlir itirmək qorxusu güclənir. Gəlirin sağlamlıqdan üstün tutulması isə epidemiyanın genişlənməsinə birbaşa yol açır.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM