25 Sentyabr 2020 19:03
570
CƏMİYYƏT
A- A+

YAP İcra Katibliyində “Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib


Sentyabrın 25-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "Sosial şəbəkələr: milli maraqlar, siyasi və mənəvi məsuliyyət” mövzusunda videokonfrans keçirilib.

Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib. Videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, XXI əsrin texnoloji nailiyyətləri sırasında mühüm əhəmiyyət kəsb edən məqamlardan biri informasiya texnologiyalarının ayrıca qolu olan sosial şəbəkələrin həm cəmiyyətin, həm də insanların həyatına ciddi şəkildə daxil olmasıdır. Hazırda cəmiyyət həyatını sosial şəbəkələrdən ayrı təsəvvür etmək mümkün deyil. Hər bir yeniliyin cəmiyyət həyatına daxil olarkən müsbət məqamları ilə yanaşı, fəsadları da olur. Bunu sosial şəbəkələrin timsalında da görmək mümkündür.

Azərbaycan cəmiyyətində də sosial şəbəkələrin geniş yayıldığını, cəmiyyətin və insanların həyatına öz təsirini göstərməkdə olduğunu qeyd edən YAP Sədrinin müavini deyib: "Araşdırmalar nəticəsində sosial şəbəkələrin inkişafı, istifadəsi ilə bağlı dünyada və Azərbaycanda bir-birindən fərqli meyillər müşahidə olunur. Qlobal miqyasda "Facebook” və "Twitter” istifadəçilərinin sayı artır. Belə ki, "Facebook” istifadəçilərinin sayı 71 faizdən 75 faizə, "Twitter” istifadəçilərinin sayı isə 6 faizdən 6,4 faizə yüksəlib. "YouTube” və "Instagram” istifadəçilərinin sayı isə azalır. Azərbaycanda isə "Facebook” və "Twitter” kimi platformalarda istifadəçilərin sayı azalır, "YouTube” və "İnstagram” istifadə edənlərin sayı artır. Amma istənilən halda sosial şəbəkələr həyatımıza yeni çalarlar gətirib. Onun müsbət məqamları ilə yanaşı, fəsadları da var. Dünyada bu mövzuda aparılan müzakirələr də iki meyil var. Bir tərəfdən, sosial şəbəkələrin rolu yüksək qiymətləndirilib onun istifadəçilərinin sayı genişlənirsə, digər tərəfdən, bu platformanın cəmiyyət həyatındakı fəsadları da ciddi narahatlıq doğurur. Ona görə də mənfi halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyətində hüquqi tənzimləmələrin yaradılması müzakirə olunur”.

Sosial şəbəkələrin yaratdığı mənfi hallardan danışan Əli Əhmədovun fikrincə, bunlardan birincisi, sosial platformalar vasitəsilə yalan məlumatların kifayət qədər geniş yayılması, ikincisi, ziyanlı təbliğatlar üçün geniş imkanlar yaratması və üçüncüsü isə şəxsiyyətə qarşı mənəvi terror aparılmasıdır. Belə hallara qarşı ictimai qınaq da səmərə vermir. Bu xoşagəlməz halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə mexanizmlərinin yaradılması məqsədəuyğundur.

Videokonfransda çıxış edən Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sosial şəbəkələr mövzusu həmişə aktual olub. YAP İcra Katibliyinin bu mövzuda təşkil etdiyi konfransın əhəmiyyətli olduğunu deyən Əli Hüseynli bildirib ki, tədbirdə müxtəlif siyasi partiyaların rəhbərlərinin iştirak etməsi ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığının nümunəsidir.

Birinci vitse-spiker qeyd edib ki, demokratik cəmiyyətlərdə sosial şəbəkələrin fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi mürəkkəbdir. Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələrlə əlaqədar məsələlər Azərbaycan qanunvericiliyində müəyyən qədər öz əksini tapır. Amma onun tətbiqi üçün müvafiq addımlar atılmalıdır.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı çıxışında sosial şəbəkələr vasitəsilə yalan məlumatların, təhqir və böhtanların geniş yayıldığını bildirib. Qeyd edib ki, ona görə də bu platformanın hüquqi cəhətdən tənzimlənməsi olduqca vacibdir.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da çıxış edərək sosial şəbəkələrin geniş yayılmasının qarşısıalınmaz proses olduğunu deyib. Bildirib ki, bəzi ölkələrdə bu platforma ciddi problemlər yaradır, digər ölkələrdə isə cəmiyyətin inkişafına böyük töhfələr verir. Ona görə də çalışmalıyıq ki, ölkəmizdə də sosial şəbəkələr cəmiyyətimizə daha çox fayda versin.

Sonra çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev isə müəyyən qrupların məqsədli şəkildə sosial şəbəkələr vasitəsilə ölkəmiz haqqında yanlış rəy formalaşdırmağa, yalan məlumatlar yaymağa çalışırlar. Ona görə də bu cür hesabların bağlanması yolları tapılmalıdır. Eyni zamanda, rəsmi sənədlər vasitəsilə sosial şəbəkələrdən qeydiyyatdan keçmək üçün mexanizmlər tətbiq olunmalıdır. Bu mexanizmlərin tətbiqi bu platformanın yaratdığı problemlərin qarşısını xeyli dərəcədə ala bilər.

Milli Məclisin deputatı Etibar Əliyev də çıxışında sosial dünya ölkələrinin şəbəkələrlə bağlı təcrübəsi, bu platformanın hüquqi tənzimləmə mexanizminin yaradılması ilə bağlı aparılan müzakirələr haqqında fikirlərini bildirib, təkliflərini irəli sürüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video