Alternative content

08:35 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Macarıstanlı ekspert: BMT Baş Assambleyasının ümumi debatlarında Bakı regional təhlükəsizliyin başlıca məsələlərinə toxunub
Macarıstanlı ekspert: BMT Baş Assambleyasının ümumi debatlarında Bakı regional təhlükəsizliyin başlıca məsələlərinə toxunub
ANA SƏHİFƏ / SİYASƏT
18:59 25.09.2020

Ermənistan dərk etməlidir ki, onun tərəfindən Azərbaycan ərazilərinin işğalı dünyada dəstək tapmır və heç vaxt tapmayacaq.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Vesprem şəhərindəki Pannon Universitetinin "Dövlət və hüquq” kafedrasının əməkdaşı Peter Tyukodi bu haqda fikirlərini agentliyin müxbiri ilə söhbətində BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən bildirib.

Ekspert deyib: "Heç bir dövlət təcavüz, işğal və zəbt edilmiş torpaqların məskunlaşdırılması kimi qanunsuz hərəkətlərin nəticələrinin legitimləşdirilməsinə və beynəlxalq birlik tərəfindən tanınmasına ümid edə bilməz. Mənim ölkəm olan Macarıstanın İsraillə çox səmimi münasibətləri mövcuddur. Lakin bütün bunlara baxmayaraq, bizim israilli dostlarımız işğal edilmiş Fələstin ərazilərində yaşayış məskənlərinin yaradılmasının biz tərəfdən tanınmasını və dəstəklənməsini gözləməsinlər. İsraillə müqayisədə dünyada qat-qat az dostu olan Ermənistan haqqında isə danışmağa dəyməz”.

Bununla yanaşı, Tyukodi xatırladıb ki, Ermənistan ilə Macarıstan arasında hətta diplomatik münasibətlər belə yoxdur. "Bu münasibətlər 2012-ci ildə - Budapeşt və Bakı Azərbaycan vətəndaşının Vətənə tamamilə qanuni ekstradisiyasını həyata keçirdikdən sonra Ermənistan tərəfindən birtərəfli qaydada və kifayət qədər isterik formada kəsilib. Bu addımdan sonra Ermənistanda bizim tərəfimizdən azacıq simpatiyaya necə ümid edə bilərlər”, - deyə həmsöhbətimiz istehza ilə vurğulayıb.

Ekspert deyib: "Biz tamamilə Bakının tərəfindəyik. Prezidentin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışında ifadə etdiyi mövqe təkcə Budapeştin deyil, həm də bütün dünya birliyinin mövqeyi ilə tamamilə üst-üstə düşür”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM