Alternative content

11:22 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb
“Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb
ANA SƏHİFƏ / SİYASƏT
18:50 25.09.2020

"Kommersant” qəzeti postsovet ölkələrindən olan prezidentlərin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışlarından seçmələr dərc edib.

AZƏRTAC xəbər verir ki, qəzet Azərbaycan Prezidentinin çıxışından bir hissəni öz səhifəsində yerləşdirib. Nəşr Azərbaycan dövlətinin başçısının çıxışını "olduqca kəskin” adlandırıb. "O, nitqinin birinci hissəsində Qoşulmama Hərəkatı Təşkilatına üzv ölkələrin adından bəyanat verib. Belə ki, siyasətçi BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması və nüfuzunun möhkəmləndirilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb. Prezident İlham Əliyev deyib: "Qoşulmama Hərəkatı artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğulayır”. Görünür, o, həmçinin iqtisadi sanksiyaların tətbiqini də nəzərdə tutur”, - deyə qəzet yazır.

Prezident İlham Əliyevin öz çıxışının ikinci hissəsində fikirlərinin tamamilə Ermənistanın tənqidi üzərində cəmləşdirdiyini qeyd edən qəzet dövlət başçısının çıxışından bir hissəni dərc edib. "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”, - deyə Prezident bəyan edib. "Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”. Digər ittihamlar da səsləndirilib: "Ermənistan Xocalı soyqırımını (1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinin sakinlərinin kütləvi qırğını - "Kommersant”) törətmişdir”; "Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”; "Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir”, "Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya” siyasəti hökm sürür”. Azərbaycan lideri Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır” sözlərini yada salaraq qeyd edib ki, onun bəyanatı danışıqlar prosesinə ciddi zərbədir”. Sonda Prezident deyib: "Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir”.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM