25 Sentyabr 2020 18:47
573
CƏMİYYƏT
A- A+

Baş Prokurorluqda videokonfrans keçirilib


Sentyabrın 25-də Baş Prokurorluqda Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədovun sədrliyi ilə prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi, prokurorluq orqanlarının formalaşma mərhələləri, hüquqi statusu və dövlət hüquq sistemində yeri mövzusunda videokonfrans keçirilib.

Peşə bayramı ərəfəsində həyata keçirilən tədbirlərin davamı olan bu konfransda Baş Prokurorluğun, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikasının, Naxçıvan Muxtar Respublikasının Hərbi, tabe rayon (şəhər) prokurorluqlarının 60 əməkdaşı iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan Baş prokurorun müavini Heydər Məmmədov tədbir iştirakçılarını prokurorluq işçilərinin qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib. O, dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən və yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatlar, dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlər barədə məlumat verib. H.Məmmədov bu islahatların əsas istiqamətlərindən olan məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesinin Azərbaycan Prokurorluğunu da əhatə etməsini və yenilənmə prosesində əldə olunmuş nəticələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Videokonfransda Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Fazil Həsənəliyev, Ceyhun Kazımov, Aynur Osmanova, Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov, Hərbi Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Səməd Əliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov prokurorluğun yaranması və inkişaf tarixi, prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən məqsəd və hədəflər barədə müvafiq mövzularda ətraflı çıxışlar ediblər.

Çıxışlardan sonra faydalı fikir mübadiləsi və müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video