25 Sentyabr 2020 18:46
419
SİYASƏT
A- A+

Nex24.news: Dağlıq Qarabağ münaqişəsində kürdlər də qurban olublar


Nex24.news nəşrində gənc Azərbaycan alimi Asif Məsimovun "Dağlıq Qarabağ münaqişəsində kürdlər də qurban olublar” sərlövhəli məqaləsi dərc edilib (https://nex24.news/2020/09/konflikt-um-bergkarabach-auch-kurden-waren-opfer/).

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir. Bu münaqişə nəticəsində həlak olanların sayı, müxtəlif hesablamalara görə, 20-30 min həddindədir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafındakı yeddi rayonu işğal edib. Bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Müəllif qeyd edir ki, iki ölkə arasında münaqişə dini zəmində yaranmasa da, bu müharibə dövründə Ermənistandan və Dağlıq Qarabağa bitişik ərazilərdən müsəlman kürdlər də qovulub, yezidi kürdlər isə Ermənistanda qalıb. Məqalə müəllifi Ermənistanın monoetniklik və milli azlıqların assimilyasiyası siyasəti barədə yazır. Bundan əlavə, məqalədə Azərbaycan kürdlərinin tarixi və müasir həyatı barədə informasiya verilir, qeyd olunur ki, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Azərbaycan kürdləri dünya kürd diasporuna müraciət edərək erməni təcavüzünə son qoyulmasına kömək göstərməyə çağırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video