Alternative content

21:28 22 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:07 25.09.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 fərdi yaşayış evi (o cümlədən, İmişlidə 10, Füzulidə 5, Ağdamda 4 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Füzuli rayonunun İkinci Mahmudlu kəndində evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev iştirak edib.

Tədbirlərdə Prezident İlham Əliyevin sosial siyasətinin əsasında vətəndaş amilinin dayandığı, həssas əhali qruplarının rifahına yönələn tədbirlərin geniş vüsət aldığı vurğulanıb.

Bildirilib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda, yəni azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Füzuli, Ağdam, İmişli rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 617 mənzil və fərdi ev (554 mənzil, 63 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8205 mənzil və fərdi ev təqdim edilib.

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM