25 Sentyabr 2020 15:01
440
SİYASƏT
A- A+

Əli Hüseynli: Azərbaycan Prezidenti Ermənistanın siyasətinin işğalçı mahiyyətini bir daha dünya ictimaiyyətinə çatdırdı


BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edən Prezident İlham Əliyev diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən beynəlxalq hüququn normalarını kobud şəkildə pozan Ermənistanın işğal olunmuş ərazilərimizdə apardığı qanunsuz məskunlaşdırma siyasətinə, həmçinin ölkəmizin əldə etdiyi nailiyyətlərə, BMT-nin bir təşkilat kimi fəaliyyətinə, pandemiya zamanı dünyada baş verən proseslərə yönəltdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli bildirib.

Əli Hüseynli qeyd edib ki, dövlətimizin başçısı çıxışında Ermənistanın siyasətinin işğalçı mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin avtoritar, mürtəce, insan hüquqlarına zidd siyasətinə baxmayaraq, beynəlxalq təsisatların, qeyri-hökumət təşkilatlarının buna göz yumduğunu söyləyib. Prezident, həmçinin iyul ayında Tovuz bölgəsində Ermənistan hərbi birləşmələri tərəfindən törədilən təxribat zamanı bu ölkəyə xaricdən külli miqdarda silah-sursat ötürülməsini bir daha açıqladı və bunun sülh danışıqlarına ciddi zərbə vurduğunu diqqətə çatdırdı.

"Prezident, eyni zamanda, Azərbaycanın həm siyasi, həm iqtisadi islahatlar çərçivəsində əldə etdiyi nailiyyətlərdən bəhs etdi, pandemiyadan sonrakı dövrdə bütövlükdə beynəlxalq münasibətlərdə yeni yanaşmaların və islahatların aparılmalı olduğunu vurğuladı. Azərbaycan Prezidentinin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması ilə bağlı təklifi və yeni yanaşma xüsusi əhəmiyyət kəsb edir”, - deyə Milli Məclis Sədrinin birinci müavini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video