Alternative content

11:59 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı alimlər dünyada ilk dəfə vulkan palçığından gübrə əldə ediblər
Azərbaycanlı alimlər dünyada ilk dəfə vulkan palçığından gübrə əldə ediblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:41 25.09.2020

Yeni kompleks gübrə pambığın məhsuldarlığını ənənəvi gübrələrlə becərilən sahələrə nisbətən təxminən iki dəfə artırmağa imkan verir

Azərbaycanlı geoloq və kimyaçı alimlər dünyada ilk dəfə vulkan palçığı əsasında yüksək göstəriciyə malik yeni kompleks gübrə əldə ediblər. Akademik Akif Əlizadənin rəhbərlik etdiyi Geologiya və Geofizika İnstitutunun alimlərinin yeni texnoloji üsulla aldıqları gübrə Salyanın Xələc kəndində sınaqdan keçirilib və uğurla nəticələnib.

AZƏRTAC xəbər verir ki, institutun baş elmi işçisi, professor Mirəli Alosmanovun rəhbərliyi ilə həyata keçirilən sınaq məqsədli eksperimental tədqiqatlar həmin müəssisənin şöbə müdiri, professor Adil Əliyev, dosent Orxan Abbasov, eləcə də Kataliz Qeyri-üzvi Kimya İnstitutunun dosenti Zarema Cabbarova və Şahin Bağırov tərəfindən aparılır.

İndiyədək dünya miqyasında analoqu olmayan bu elmi ixtiranın kənd təsərrüfatı sahələrində sınaqdan keçirmək məqsədilə Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən rayonun Xələc kəndində yerli mülkiyyətçiyə aid bir hektar sahə ayrılıb. Həmin təsərrüfatda hazırlanmış yeni gübrə ilkin olaraq pambıq bitkisinin becərilməsi prosesində tətbiq edilib.

Geologiya və Geofizika İnstitutunun alimləri nəticə ilə tanış olmaq üçün təcrübə sahəsinə baxış keçiriblər. Fermer Yudif Nəzirovun ənənəvi üsullu becərilən sahələrindən fərqli olaraq, sözügedən gübrənin tətbiq edildiyi yanaşı sahədə yetişdirilən pambıq bitkisinin inkişafı və məhsuldarlığı müsbət mənada mütəxəssislərin diqqətini cəlb edib. Belə ki, bitkinin hündürlüyü, gövdəsi və kolunun budaqları digər yanaşı sahələrdə bitən pambıq kollarını xeyli üstələyir. Ümumilikdə, orta hesabla yeni gübrə ilə yetişdirilən pambıq kolunda 60-dan çox açılmış pambıq və qoza qeydə alınıb. Hər qozadan alınan pambığın orta çəkisi 14 qrama çatır ki, bu da yüksək nəticə hesab edilir.

İnstitutun baş elmi işçisi, professor Mirəli Alosmanov təcrübənin ilkin nəticələri barədə məlumat verərək deyib: "Bu sahənin bir tərəfinə bizim hazırladığımız üzvi kompleks gübrə, digər tərəfinə isə indiyədək istifadə edilən başqa gübrələr səpilib. Gördüyünüz kimi, azərbaycanlı alimlərin əldə etdikləri yeni gübrənin səpildiyi sahə ilə, digər gübrələrin səpildiyi sahə arasında yerlə-göy qədər fərq var, məhsuldarlıq yüksəkdir. Bu, ümumilikdə, ölkəmizdə kənd təsərrüfatının inkişafı, məhsuldarlığın yüksəldilməsi baxımından çox əhəmiyyətlidir”.

Fermer Yudif Nəzirov yeni üzvi gübrənin üstünlüklərindən söhbət açıb. "Azot, fosfor-kalium verdiyim sahələr də, alimlərimizin icad etdiyi gübrənin səpildiyi sahə də. Sahələr arasındakı məhsuldarlıq fərqi göz qabağındadır. Ənənəvi gübrə verilən sahələrdə 1 hektarda məhsuldarlıq 25-30 sentner olursa, yeni kompleks gübrənin verildiyi sahədə bu göstərici 40-45 sentnerə çatacaq”, - deyə o vurğulayıb.

Hazırda alimlərin iştirakı ilə Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən məhsulun yığımı həyata keçirilir. Sonrakı mərhələlərdə yetişdirilən pambığın kəmiyyət və keyfiyyət parametrləri müəyyənləşdiriləcək və alınan nəticələr təhlil olunacaq.

Qeyd edək ki, Azərbaycan palçıq vulkanlarının diyarı hesab edilir. Palçıq vulkanlarının püskürməsi nəticəsində hər il yerin müxtəlif dərinliklərdən səthə milyon kubmetrlərlə brekçiya (vulkan palçığı) çıxır. Vulkan palçığının müalicəvi, həmçinin tikinti və kosmetalogiya sahələrində istifadə edilməsi məlumdur. Lakin alimlərimiz indiyədək Azərbaycanda istifadə edilməyən vulkan palçığı xammalı əsasında kompleks gübrə hazırlayıblar və bu ixtira Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM