Alternative content

11:19 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın növbəti informasiya təxribatı
Ermənistanın növbəti informasiya təxribatı
ANA SƏHİFƏ / SİYASƏT
01:42 25.09.2020


Ermənistan Azərbaycana qarşı terror üzərində köklənmiş siyasətindən əl çəkmir. Reallıq bundan ibarətdir ki, bu ölkədə hakimiyyət dəyişsə də, dövlət terrorçuluq fəaliyyətini davam etdirir. N.Paşinyan hakimiyyətinin təcavüzkar ritorikası, hərbi və diplomatik-siyasi müstəvidə təxribatlarını davam etdirməsi bunu təsdiqləyir. İşğalçı dövlətin indiki iqtidarının da əsas niyyəti sülh danışıqlarını pozmaq, status-kvonu qoruyub saxlamaqdır.

Bu durumda Yerevan manipulyasiyalarını və təxribatlarını davam etdirir. İşğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, eyni zamanda Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edir.

Bütün bunlara BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Prezident İlham Əliyev xüsusi olaraq toxunub: "Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib. Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, işğalçı ölkə sonuncu təxribat aktını iyul ayında Ermənistan-Azərbaycan sərhədində törətdi. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, infrastruktura ciddi zərər dəydi. Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etdi. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən yaxalandı. O, diversiya dəstəsi tərəfindən azərbaycanlı hərbçilərə və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf etdi.

Bununla yanaşı, Ermənistanın Suriya və Livandan terrorçuları Qarabağda yerləşdirməsi barədə məlumatlar yayılıb. Bu məlumatlardan bəlli olur ki, Türkiyənin Azərbaycana hərbi dəstəyinə cavab olaraq ermənilər PKK qruplaşması ilə işbirliyinə başlayıblar. Misirin "Cairo.24” informasiya portalı Ermənistanın terror təşkilatları ilə əməkdaşlığından bəhs edən "Uğursuz hökumətlər terrorçu ünsürlərdən istifadə edirlər” sərlövhəli geniş məqalə yayıb. Məqalədə bildirilir ki, artıq Ermənistan əsas bazası Livanda yerləşən ASALA terror təşkilatının, həmçinin Suriya və İraqdakı PKK və YPG terrorçularının səfərbər edilməsinə başlayıb. İşğalçı dövlət onlardan Azərbaycana qarşı istifadə etməyi planlaşdırır.

Özbəkistanın "tnews.uz” portalı da Dağlıq Qarabağa PKK terror təşkilatının xüsusi dəstələrinin gətirilməsi ilə bağlı material verib. Yazıda bildirilir ki, Ermənistan hökumətinin təşəbbüsü ilə Livan ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi məsələsindən sonra indi də PKK terrorçuları Dağlıq Qarabağa gətirilir.

Bütün bunlar Ermənistanın yeni müharibə hazırlıqlarından xəbər verir. Bununla yanaşı, düşmən diqqəti bu məsələdən yayındırmaq üçün guya Suriyadan terrorçuların Ermənistana qarşı döyüşmək üçün Azərbaycana gətirildiklərini iddia edir. Lakin xarici mediada və sosial şəbəkələrdə guya Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi barədə yayılmış məlumatlar növbəti dəfə təkzib olunub. Belə ki, türkiyəli jurnalist Levent Kemal bununla bağlı xəbər paylaşıb. Şəxsi "Twitter” hesabından açıqlama yayan jurnalist qeyd edib ki, Azərbaycana cəlb olunacağı iddia olunan "Həmzə” diviziyasının komandiri ilə danışıb: "Həmzə” diviziyasının komandiri Seyf Əbubəkr ilə danışdım. O, briqadasının döyüşçülərinin Azərbaycana gətirilməsi ilə bağlı məlumatları təkzib etdi. Türk ordusuna yaxın mənbələr də bunu inkar edirlər”.

Ermənistan isə işğal olunmuş Dağlıq Qarabağa PKK yaraqlılarının gətirilməsini təkzib etməyib. Təbii ki, bu cür əməllər ilk növbədə Ermənistanın hərbi baxımdan Azərbaycan qarşısında zəifliyinin göstəricisidir. İkincisi, bu gün müharibə meydanında döyüşlərin taleyini müasir hərbi texnikalar həll edir. Necə ki, Azərbaycan 2016-cı ilin aprelində döyüşə gələn erməni müharibə veteranlarını məhv etmişdi. Üçüncüsü isə, Azərbaycan əsgəri müharibə şəraitində xidmət etdiyindən kifayət qədər hazırlıqlıdır. Ən əsası isə odur ki, əli silah tutan hər bir azərbaycanlı yüksək vətənpərvərlik hisslərinə və döyüş əzminə malikdir. Ona görə hansısa terror təşkilatının yaraqlılarının Azərbaycan əsgəri ilə döyüşdə məhvə məhkum olması qaçılmazdır. Başqa bir mühüm məsələ ondan ibarətdir ki, belə bir təşkilatın yaraqlısının Ermənistan üçün canından keçəcəyi mümkün deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM