Alternative content

02:33 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Görkəmli ədibin ilk qələm təcrübəsi
Görkəmli ədibin ilk qələm təcrübəsi
ANA SƏHİFƏ / Mədəniyyət
01:39 25.09.2020


XX əsr Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin 20 yaşında yazdığı ilk ədəbi-tənqidi məqaləsi Moskva arxivindən əldə olunaraq Azərbaycan Milli Kitabxanasına gətirilmişdir


İstedadlı ədib, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlmiş və 20 yaşında gənc ikən ilk ədəbi-tənqidi qələm təcrübəsi olan "Ədəbiyyatda romantizm” əsərini 1928-ci ildə yazaraq Dağıstanın Maxaçqala şəhərində nəşr olunan "Maarif yolu” jurnalında dərc etdirmişdir.

20 yaşında bir gəncin bu mövzuda ədəbiyyatşünas alimlər səviyyəsində elmi-tədqiqat əsəri yazması, onun gələcəyin böyük ədəbiyyatşünas alimi olacağından xəbər verirdi. Jurnalın iki nömrəsində dərc olunan bu materialı oxuduqca, Darülmüəllimini bitirib yenicə kənd məktəbində müəllimliyə başlayan gəncin biliyinə, mütaliə səviyyəsinə və ədəbi əsərlərin təhlili baxımından görkəmli ədəbiyyatşünas-alimlərlə bir sırada dura biləcək təxəyyülünə heyran qalmaya bilmirsən.

İnternetin gənc tədqiqatçılara geniş imkanlar yaratdığı və sosial şəbəkələrin tüğyan etdiyi müasir dövrdə bəlkə də fitri istedada malik olan istedadlı bir magistr belə bir əsəri qələmə ala bilərdi. Lakin kommunist rejiminin insanları bütün dünyadan təcrid edərək dəmir barmaqlıqlar arasında saxladığı bir dövrdə uzaq dağ rayonunda (Gədəbəydə) müəllimliyə başlayan 20 yaşlı bir gəncin belə bir əsər yazması bu gün də hər kəsdə heyrət doğura bilər. Bu məqalədəki təhlilə, dünya ədəbiyyatına sərf-nəzərə, dünya klassiklərinin əsərlərindəki romantizm meyillərinin mərhələlərə bölünərək təhlilə cəlb olunması ədəbi tənqid sahəsində böyük təcrübəyə malik tənqidçi alim təsəvvürü yaradır və yaxşı mənada təəccüb doğurur.

Çox təəssüf ki, istedadlı alimin bu ilk qələm təcrübəsi uzun müddət Azərbaycan ədəbiyyatşünaslarının, tədqiqatçıların diqqətindən kənarda qalmışdır və bəlkə də bunun əsas səbəbi hər hansı bir məsuliyyətsiz oxucunun Milli Kitabxananın arxiv fondunda mühafizə olunan "Maarif yolu” jurnalının 1928-ci il 10-12-ci nömrələrindən həmin məqaləni 50 il bundan əvvəl cırıb götürməsi olmuşdur. Ancaq böyük ehtimalla bu hərəkət bəlkə də böyük bir ədəbiyyatşünas tədqiqatçının qısqanclığının nəticəsində baş vermişdir. Məhz bu səbəbdən də uzun müddət bu sanballı elmi əsər tədqiqata və elmi dövriyyəyə cəlb olunmamış qalmışdır. Təəssüflər olsun ki, həmin jurnalın 10-12-ci nömrəsi onun çap olunduğu Dağıstanın Milli Kitabxanasında da qalmamışdır. Bu səbəbdən də Azərbaycan Milli Kitabxanasının 2018-ci ildə Mir Cəlal müəllimin ədəbi tənqidi əsərlərinin toplusunu çapa hazırladığı zaman respublikamızın kitabxana və arxivlərində apardığı axtarışların nəticə verməməsindən sonra, Dağıstan Milli Kitabxanasına və Moskvaya Rusiya Dövlət Kitabxanasına verdiyi sorğuya da "Təəssüf ki, "Maarif yolu” jurnalının həmin nömrəsi kitabxanamızın fondunda yoxdur” cavabı alınmışdır.

Bu ilin əvvəllərində bu sətirlərin müəllifi Moskva şəhərində ezamiyyətdə olarkən Rusiya Dövlət Kitabxanasında bir daha ciddi axtarışlarnı davam etdirərək "Maarif yolu” jurnalının həmin nömrəsinin bu kitabxananın arxiv fondunda mövcud olduğunu müəyyənləşdirmişdir. Nəhayət, 2020-ci ilin fevralında Rusiya Dövlət Kitabxanasının direktoru Vadim Valeryeviç Dudanın köməyi ilə professor Mir Cəlal Paşayevin 20 yaşında olarkən yazdığı və onun gələcəyin parlaq bir ədəbiyyatşünas-alimi olacağından xəbər verən ilk qələm təcrübəsi olan "Ədəbiyyatda romantizm” məqaləsi Azərbaycana gətirilərək Milli Kitabxanamızın arxiv fonduna daxil edilmiş və tədqiqatçıların ixtiyarına verilmişdir.

Necə deyərlər, "istedadı müvəqqəti boğmaq olar, amma bu istedadın parlaq nümunəsini tarixdən silmək, məhv etmək mümkün ola bilməz, o mütləq büllur bulaq çeşməsi kimi hardansa parlayacaqdır!” Budur əsl həqiqət!

Mir Cəlal müəllimin xatirə günü ərəfəsində görkəmli ədibin "Ədəbiyyatda romantizm” məqaləsinin tam mətni elektronlaşdırılaraq Milli Kitabxananın saytının (anl.az) "Elektron kataloq və elektron kitabxana” bölməsində yerləşdirilmişdir və əsərin orjinalı ilə Milli Kitabxananın Azərbaycan Ədəbiyyatının Arxivi Fondunda tanış olmaq mümkündür.

Kərim TAHİROV,

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM