Alternative content

15:09 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
“Qobu” Elektrik Stansiyasının ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:38 25.09.2020


Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində inşa olunan 385 meqavatlıq "Qobu” Elektrik Stansiyası və 330/220/110 kV-luq yarımstansiyanın ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair ictimai dinləmələr keçirilib.

İctimai dinləmədə Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin yerli idarələrinin nümayəndələri, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun, "BCC Group” tikinti şirkətinin, Qobu bələdiyyəsinin sədri və qəsəbə sakinləri iştirak ediblər.

"Azərenerji” ASC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə, gücü 300 MVt və daha çox olan elektrik stansiyalarının, eləcə də gücü 220 kV-dan çox olan yüksəkgərginlikli elektrik xətlərinin layihələndirilməsi ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərindəndir. Buna görə də 385 meqavatlıq "Qobu” ES və 330/220/110 kV-luq yarımstansiyanın tikinti sənədlərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən baxılaraq rəy verilməlidir. Qanunda nəzərdə tutulan tələblərin yerinə yetirilməsi məqsədilə Qobu enerji layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün qəsəbə sakinləri ilə ictimai dinləmələr aparılıb. Qeyd olunub ki, "Qobu” ES-ə tanınmış şirkətlər müsbət rəy verməklə yanaşı, onun tikintisində də iştirak edirlər. Stansiyanın inşası üçün yer seçilərkən ekoloji tarazlıq, qəsəbə sakinlərinin sağlamlığı və digər məsələlər nəzərə alınıb.

Stansiyanın inşaat işlərinə beynəlxalq nəzarət təmin olunacaq, ekoloji baxımdan əhəmiyyətinə xüsusi diqqət yetiriləcək. Ərazi abadlaşdırılaraq yol və su xətti çəkiləcək, dekorativ agaclar, kol və güllər əkilərək geniş yaşıllıq zonası salınacaq. Generasiya gücünün istismarı isə beynəlxalq ekoloji standartlara tam şəkildə cavab verəcək.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM