Alternative content

04:41 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell”in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
“Azercell”in “Qızıl Sponsor”luğu və Rəqəmsal Tərəfdaşlığı ilə keçirilən 7-ci beynəlxalq “womENcourage” virtual toplantısı işinə başlayıb
ANA SƏHİFƏ / ELANLAR
01:37 25.09.2020


Şirkətin dəstək verdiyi tədbirə dünyanın hər nöqtəsindən iştirakçılar qatılıb


İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq "womENcourage” virtual toplantısı "Bərabərliyin iki tərəfi var” devizi ilə öz işinə başlayıb. Bu il ADA Universitetinin təşkilatçılığı və evsahibliyi, "ACM-W” Avropa təşkilatçılığı, "Azercell Telekom” MMC-nin Rəqəmsal Tərəfdaşlığı və "Qızıl Sponsor”luğu, Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə keçirilən toplantıya dünyanın hər yerindən yüzlərlə iştirakçı qatılıb.

"womENcourage” beynəlxalq toplantısının açılış mərasimində yeni seçilmiş ACM Prezidenti, professor Gabriele Kotsis, ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal və "ACM-W” Avropa təşkilatının sədri Ruth Lennon salamlama nitqi ilə çıxış ediblər.

Tədbirin ilk günündə dünyanın ən iri telekommunikasiya şirkətlərinin nümayəndələri tərəfindən "Böyük verilənlər analitikasının böyük vədləri” mövzusunda məruzələr təqdim olunub. Dörd gün davam edəcək beynəlxalq toplantının növbəti günlərində "Süni intellekt: alqoritmlərdən etikaya” mövzusunda təqdimatlarla yanaşı, panel müzakirələri də aparılacaq.

Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların tədqiqat işlərinin təqdimatı da daxil edilib. Belə ki, "womENcourage”də dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edən tələbələrin 30 posteri təqdim olunacaq.

Tədbirin üçüncü günündə "womENcourage 2020” iştirakçıları üçün karyera yarmarkası təşkil ediləcək. Tələbələr müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə görüşərək mövcud vakansiyalardan yararlana biləcəklər. "Azercell” şirkəti də öz növbəsində iştirakçılara mövcud vakansiyalar barədə məlumat təqdim edəcək. İnformatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edən konfransın sonunda 100-ə yaxın iştirakçı haker marafonunda ("hakathon”) yarışacaq. Hakafon zamanı haker komandaları real həyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq uğrunda mübarizə aparacaqlar. "Azercell” şirkətinin Big Data və Təhlillər departamentinin Data Mühəndisliyi şöbəsinin rəhbəri Rəhim Əhmədov bu yarışmanın münsifi qismində iştirak edəcək.

Bu il "Azercell”in Rəqəmsal Tərəfdaşlığı və "Qızıl Sponsor”luğu ilə baş tutan "womENcourage” hər dəfə dünyanın müxtəlif ölkələrində keçirilir. Beynəlxalq tədbirin əvvəlki görüşləri İtaliya, Serbiya, İspaniya, Avstriya, İsveç və Birləşmiş Krallıqda baş tutub. "womENcourage” texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, informatika sahəsinə daha çox cəlb olunmasına çalışan hər kəsi bir araya gətirməklə onların fərdi inkişafına kömək edir. Bu konfrans iştirakçıları dünya üzrə informatika sahəsində tanınmış mütəxəssislərin təcrübəsi ilə tanış olur, praktiki biliklər qazanır, həmçinin də özlərini təqdim etmək imkanı əldə edirlər. Bununla yanaşı, konfrans informatika sahəsində təmsil olunan xanımların işlə təmin olunmasına da yardımçı olur.

Qeyd edək ki, "Azercell” Telekom Azərbaycanda məktəbli və tələbələrin müxtəlif sahələrdə, xüsusilə informatika ilə bağlı bilik və bacarıqlarının artırılmasına yönələn layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir. "Azercell Telekom”un yaxından dəstək göstərdiyi Azərbaycan məktəbliləri avqustun 14-21-də virtual formatda keçirilən Asiya Pasifik İnformatika Olimpiadasında (APIO) uğurla iştirak ediblər və bu nüfuzlu yarışmada bürünc medal qazanıblar. "Azercell” azərbaycanlı şagirdlərin kompüter bilikləri sahəsində ən nüfuzlu yarışmalardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirakını hər il dəstəkləyir. Artıq bir neçə ildir ki, şirkətin elan etdiyi Tələbə Təqaüdü proqramı çərçivəsində yerli universitetlərdə İKT sahəsində təhsil alan və fərqlənməyi bacaran gənclərə aylıq təqaüdlər təqdim olunur. İndiyədək "Azercell”in dəstəyilə gənclərin informasiya kommunikasiya texnologiyaları sahəsində inkişafına kömək edən yüzlərlə layihə həyata keçirilib. Şirkət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM