25 Sentyabr 2020 01:36
513
CƏMİYYƏT
A- A+

Baş Prokurorluğun hazırladığı növbəti maarifləndirici videoçarxda ev dustaqlığı mövzusunda məlumat verilib


Dövrün tələblərinə uyğun olaraq prokurorluq orqanları tərəfindən müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarxlar hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunur.

Təqdim olunan növbəti videoçarxda "Heç bilirdinizmi "ev dustaqlığı” nədir?” mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.

Həmin videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrində, həmçinin veb-saytında izləmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video