Alternative content

11:14 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Payız-qış mövsümünə hazırlıq davam edir
Payız-qış mövsümünə hazırlıq davam edir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:36 25.09.2020


"Azərsu” ASC payız-qış mövsümünə hazırlıqlar çərçivəsində tədbirləri davam etdirir. Payız və qış aylarında yağıntıların intensivləşəcəyi nəzərə alınaraq tullantı su infrastrukturunun istismar vəziyyəti yoxlanılır, şəbəkə və kollektorların, yağış barmaqlıqları və baxıcı quyuların istismar vəziyyəti öyrənilir. 

Tədbirlər planına uyğun olaraq, Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında subasma təhlükəsi olan nöqtələr müəyyən edilib.

Qeyd edək ki, yay mövsümündə havaların quraq və küləkli keçməsi ilə əlaqədar ətrafdakı qum, çınqıl, torpaq, eləcə də bərk məişət tullantıları kanalizasiya xətlərinə və yağış barmaqlıqlarına dolur. Xətlərdə bərk tullantıların yığılması şəbəkə və kollektorların ötürmə qabiliyyətini azaltmaqla onların istismarını çətinləşdirir. Odur ki, hələ sentyabr ayının əvvəllərindən kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarında toplanmış bərk tullantıların təmizlənməsi, həmçinin onların yuyulması istiqamətində kompleks tədbirlərin icrasına başlanıb. Yığılmış bərk tullantıların çıxarılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Xüsusi texnikanın köməyi ilə kollektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Bununla da xətlərdəki tutulmaların qarşısı alınır və intensiv yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur.

Tədbirlər planına uyğun olaraq, sentyabr ayında paytaxtın 14 nöqtəsində 15 km uzunluğunda 500-1500 mm diametrli kollektorların yuyulması nəzərdə tutulub. İndiyədək ümumi uzunluğu 10 km olan kollektorlar təmizlənib və bu istiqamətdə işlər davam etdirilir.

Kollektorlarla yanaşı, kiçik diametrli daşıyıcı tullantı su xətləri və yağış barmaqlıqları da bərk məişət tullantılarından mütəmadi olaraq təmizlənir. Ötən müddətdə 95 km tullantı su, 14 km yağış suları xəttində, 7500 baxış quyusunda, həmçinin 3400-dən çox barmaqlıqda təmizləmə işləri aparılıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM