24 Sentyabr 2020 22:30
526
CƏMİYYƏT
A- A+

Ermənistan xüsusi xidmət orqanları təxribat-pozuculuq fəaliyyətlərini davam etdirirlər

 
Son zamanlar Ermənistanın qoşunların təmas xəttində və dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirməsi ilə paralel olaraq düşmənin sosial şəbəkələrdə də təxribatçılıq fəaliyyətini gücləndirdiyi müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, ermənilərin feyk məlumatları yaymaq üçün sosial şəbəkələrdə istifadə etdikləri saxta profillərdə Azərbaycan əleyhinə əsassız və təxribat xarakterli informasiyalar yer alır. Belə ki, "etha15.com” adlı resurs guya suriyalı türkmənlərin Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə yerləşdirilməsi barədə saxta xəbər yayıb. Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan "asekose.am” adlı resursda da guya suriyalı türkmənlərin Ermənistan-Azərbaycan münaqişə bölgəsinə yerləşdirilməsi barədə təxribat xarakterli informasiya yerləşdirilib.

Düşmən tərəfinin Azərbaycana qarşı istər sosial şəbəkələrdə, istərsə də mənşəyi bəlli olmayan xarici KİV-lərdə yalan, çaşdırıcı məlumatlar paylaşılması mütəmadi qaydada davam etdirilir.

Hazırkı həssas dövrdə Azərbaycan vətəndaşlarının sosial şəbəkələrdə daha diqqətli olması məqsədilə təxribat xarakterli belə məlumatlar yayan səhifələrdən və KİV-lərdən bir neçəsinin fotolarını təqdim edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video