Alternative content

22:03 22 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İordaniya mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatlarından yazıb
İordaniya mətbuatı Ermənistanın Azərbaycana qarşı təxribatlarından yazıb
ANA SƏHİFƏ / SİYASƏT
19:44 24.09.2020

İordaniyanın www.orobanews.com və www.nayrouz.com portallarında Azərbaycanın bu ölkədəki səfirliyinin Ermənistanın təxribatçı hərəkətlərinə və açıqlamalarına dair bəyanatı dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, yazıda iyulun 12-16-da Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyi bildirilir. Qeyd olunur ki, Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan hərbçiləri və mülki sakin həyatını itirib. Bununla da Ermənistanın işğalçı xarakterini və mülki əhalini hədəfə almaqdan çəkinməyən terrorçu dövlət olduğunu bir daha ortaya qoydu.

Ermənistanın bu təcavüzü təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənildi. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Ermənistanın beynəlxalq rəyi Dağlıq Qarabağ problemindən yayındırmaq, danışıqlar prosesini pozmaq, yeni gərginlik ocağı yaratmaq, üçüncü tərəfləri və üzv olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etmək cəhdlərinin yolverilməz olduğunu bəyan etdilər.

Bunun ardınca isə Ermənistan Azərbaycana diversiya qrupu göndərdi. Lakin bu cəhd də uğursuzluqla nəticələndi və qrupun komandiri əsir götürüldü. Bütün bunlar işğalçı ölkənin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir.

Ermənistandan fərqli olaraq, Azərbaycan münaqişənin özünün ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh yolu ilə həllinə sadiqdir. Azərbaycan həm də substantiv danışıqların başlanmasının tərəfdarıdır.

Yazıda qeyd olunur ki, Ermənistan rəhbərliyi və dünya erməniliyi beynəlxalq ictimaiyyəti aldatmaq kimi çirkin xislətindən əl çəkmir. Təcavüzkar ölkə Livan ermənilərini işğal altındakı torpaqlarda qeyri-qanuni şəkildə məskunlaşdırmaqla bölgədə demoqrafik vəziyyəti dəyişməyə cəhd edir. Ermənistanın apardığı qeyri-qanuni məskunlaşdırmanı sübut edən kadrlar da var.

Bəyanatda Azərbaycan-İordaniya münasibətlərinə də toxunulur. Bildirilir ki, Azərbaycan dövləti və xalqı İordaniyanın istər beynəlxalq, istərsə də ikitərəfli müstəvidə Azərbaycanın haqq işinə davamlı dəstəyini yüksək qiymətləndirir.

Sonda Azərbaycan bütün sülhsevər ölkələri və beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin yürütdüyü işğalçılıq siyasətini qınamağa, onun əməllərinə hüquqi qiymət verməyə və Ermənistanın səbəbkarı olduğu, Cənubi Qafqaz bölgəsində sülhə və sabitliyə təhdid olan Dağlıq Qarabağ münaqişəsinə son qoymağa çağırır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM