Alternative content

21:49 22 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş prokuror prokurorluqda ictimai əsaslarla çalışan könüllülərlə görüşüb
Baş prokuror prokurorluqda ictimai əsaslarla çalışan könüllülərlə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:36 24.09.2020

Sentyabrın 24-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluğun ictimai köməkçiləri ilə görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Baş prokuror Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd edib, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını vurğulayıb.

Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyətin prokurorluqda kadr siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə vərdişlərinin artırılması məqsədi daşıdığını deyən Baş prokuror ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə gənc kadrların müsabiqə yolu ilə işə qəbulu nəticəsində prokurorluğun kadr tərkibinin 70 faizinin məhz gənclərin hesabına formalaşdırıldığını nəzərə çatdırıb.

Daha sonra görüş zamanı Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında dövlət gənclər siyasətinə uyğun olaraq həyata keçirilmiş islahatlar, könüllülər üçün yaradılan geniş imkanlar, könüllülük hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən gənclər ictimai köməkçi qismində fəaliyyət göstərdikləri müddətdə prokurorluğun fəaliyyət istiqamətləri ilə görülmüş işlərlə yaxından tanış olaraq, yeni bilik və bacarıqlar qazandıqlarını, öyrəndikləri nəzəri biliklərin praktiki işdə həyata keçirmək imkanı əldə etdiklərini deyiblər. Prokurorluq orqanlarında kargüzarlığın aparılması qaydalarının, o cümlədən xidməti və prosessual sənədlərin layihəsinin tərtibinə dair təlimatların dərindən öyrənməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayan gənclər uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərdiyini bildiriblər.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluqda ictimai əsaslarla çalışan könüllü gənclərə dövlətə və dövlətçiliyə sadiqliyin, vətənpərvərliyin vacibliyini vurğulayaraq onlara dünyagörüşü səviyyələrinin, o cümlədən xarici dil biliklərinin inkişaf etdirilməsi ilə bağlı daim üzərlərində çalışmalarının əhəmiyyətindən söz açmış, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edərək, uğurlu iş həyatının formalaşdırılması ilə bağlı tövsiyələrini verib.

Sonda xatirə şəkli çəkdirilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM