Alternative content

00:33 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır
Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:31 24.09.2020

BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclası həm qlobal, həm regional, həm də ayrı-ayrı ölkələrin qarşısında dayanan məsələlərin aktuallaşdırılması və həlli istiqamətində böyük əhəmiyyət kəsb edir. Bu baxımdan bir sıra çıxışlar həm dövlətlər, həm də dünya üçün xüsusi qiymətləndirilməlidir. Belə ki, bu məruzələrdə bütövlükdə planetimizdə sülhün, əmin-amanlığın, firavanlığın yaranması, insanların təmiz ekoloji mühitdə sağlam yaşaması, zorakı davranışlara son qoyulması, insanların rifah halının yaxşılaşdırılması, ədalətsizliyin qarşısının alınması sahəsində vacib və zəruri çağırışlar edildi.

Sözsüz ki, bu mühüm tədbirdə Azərbaycan həm öz ərazi bütövlüyünün qorunması, həm də dünyada anlaşmanın, dialoqun yaranmasına töhfə verən bir ölkə kimi iştirak etməklə vacib məsələləri diqqətə çatdırmalı idi.

Əvvəla qeyd etməliyik ki, ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı arasında Azərbaycan Prezidenti İlham Əliyevin ilk çıxışçılardan olması beynəlxalq arenada onun şəxsiyyətinə, siyasi xadim kimi nüfuzuna hörmətin göstəricisidir.

Bu gün hər birimiz dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı böyük bir ailənin üzvüyük.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

Deputat bildirib ki, qloballaşma prosesi hər birimizi ümumi məkanın sakininə çevirib. Burada insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normalar, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. Milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəmək tolerantlığın ən vacib amilidir. Bu prinsip və normalara əməl olunmadıqda düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırımı, müharibələr baş verir.

Əfsuslar olsun ki, bu qarşıdurmaların sayı azalmır, əksinə, artır. Belə bir vəziyyətdə Azərbaycan nə edir? Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsinə, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasına, dinc, mülki əhalinin amansızcasına qətlə yetirilməsinə, bütün maddi-mənəvi tikililərimizi dağıtmasına baxmayaraq, Azərbaycan inkişaf edir, öz haqq səsini ucaldır, həqiqəti dünyaya çatdırır. Eyni zamanda, dünya əhalisi üçün də töhfələr verir, mühüm layihələrə ev sahibliyi, təşkilatlara rəhbərlik edir. Özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədr seçilən Azərbaycan bu təşkilatın nüfuzunun artmasında və onun dünyada gedən prosesləri müxtəlif platformalarda müzakirəyə çıxarmaqda əhəmiyyətli rol oynayır.

BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edən İlham Əliyevin fikirləri dediklərimizi sübuta yetirir.

Komitə sədri qeyd edib ki, Hərəkat adından çıxış edən dövlətimizin başçısı diqqəti hazırda hər kəsi narahat edən məsələlərə, o cümlədən insan hüquqlarının pozulması, maliyyə böhranı və ekologiyanın pisləşməsi ilə müşayiət olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi problemlərə yönəltməklə bir daha beynəlxalq əməkdaşlığın, tərəfdaşlığın, dostluq münasibətlərinin önəmli olduğunu vurğuladı.

Fəaliyyəti dövründə BMT və onun müxtəlif qurumları dünya üçün mühüm sənədlər qəbul edib, layihələr reallaşdırıb. Lakin zamanın tələb və çağırışları bu təşkilatın da gücləndirilməsinə ehtiyac yaradır. Həmçinin Hərəkat müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırır. Bu, ciddi məsələdir, ikili standartlar siyasətindən əziyyət çəkən bir ölkə olaraq biz bunu Qarabağ probleminin həllində aydın şəkildə müşahidə edirik.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün mötəbər beynəlxalq təşkilatlar, o cümlədən BMT qərar və qətnamələr qəbul ediblər. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və biz burada böyük ədalətsizliklə üzləşirik. Elə münaqişələr var ki, onlara dair qətnamələr çox qısa vaxt ərzində icra edilir. Ancaq bizim üçün ən vacib məsələdə bu qətnamələr artıq 30 ilə yaxındır kağız üzərində qalıb.

Həm Azərbaycan, həm də Qoşulmama Hərəkatına üzv ölkələrinin təcrübəsinə dayanaraq ədalətin bərqərar olması məsələsini xüsusi vurğulayan İlham Əliyev bununla bağlı islahatların aparılmasının zəruri olduğunu bildirdi. Ölkə başçısı Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməklə üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozduğunu diqqətə çatdıraraq, bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edən Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinə məhəl qoymamaqda davam edir.

İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini ifşa edərək, onun "sülh çağırışlarının” sadəcə söz oyunu olduğunu diqqətə çatdırmış, Nikol Paşinyanın "Qarabağ Ermənistandır” bəyanatının isə danışıqlar prosesinə ciddi zərbə vurduğunu qeyd etmişdir.

Bütün dünyanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdığını vurğulayan İlham Əliyev bir daha bəyan etdi ki, "Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır”.

Ermənistanın riyakarlığını, sülhün yox, müharibənin tərəfdarı olması onun qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alması və təxribatlar törətməsi ilə bir daha öz təsdiqini tapır.

Son zamanlar Ermənistanın müdafiə naziri Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələməsini iştirakçıların nəzərinə çatdıran İlham Əliyev BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırış etdi.

Azərbaycanın daim sülhün və sabitliyin tərəfdarı olmasını və bu sahədə dünyaya verdiyi töhfələrdən ətraflı bəhs edən ölkə başçısı bu gün COVID-19 pandemiyası və onunla mübarizədə Azərbaycanın təşəbbüslərinin yüksək qiymətləndirildiyini bildirən İlham Əliyev bu ilin may ayında Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirildiyini, bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd etdi. Onun Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox ölkə dəstəklədi.

Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurub. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bundan əlavə, hazırda Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı onlayn formatda Zirvə görüşü təşəbbüsümüz əsasında 2020-ci ilin may ayında keçirildi. Zirvə görüşündə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi. İyulun 10-da çağırılan BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası dövlət və hökumət başçıları səviyyəsində pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında, həmçinin onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə böyük töhfə verəcəkdir.

Bu çıxışda digər mühüm bir tezis Azərbaycanın dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınmasıdır. Üçüncü minilliyin ikinci onilliyində bəşəriyyətin qarşısında duran mühüm məsələlərdən biri də yarana biləcək mümkün münaqişələrin qarşısının alınması və onun həllinin optimal variantının tapılmasıdır.

H.Hüseynova vurğulayıb ki, dinlərarası və mədəniyyətlərarası dialoq əvvəlki dövrlərlə müqayisədə daha çox aktuallıq kəsb edən qlobal problemlərdən biridir. 12 ildir ki, Azərbaycanın təşəbbüsü ilə yaranmış "Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. Bu layihə Prosesi İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınıb. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkilatçısı olub. Bütün bu tədbirlərin respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə dövlətimizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır.

Sessiyada çıxış edən İlham Əliyev 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olduğunu bildirib. Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqların tam şəkildə təmin olunduğunu bildirən Prezident İlham Əliyev diqqəti hökumət tərəfindən siyasi dialoq təşəbbüsünün başlanılmasına yönəldib. O qeyd edib ki, "Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”.

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib və son 17 ildə ümumi daxili məhsul üç dəfə artıb. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə edən Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. "2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer alan "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM