Alternative content

11:30 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İslahatların daha da dərinləşməsinin tərəfdarıyıq
İslahatların daha da dərinləşməsinin tərəfdarıyıq
ANA SƏHİFƏ / SİYASƏT
00:31 24.09.2020


Abutalıb SƏMƏDOV: "Prezident İlham Əliyevin apardığı düzgün siyasəti dəstəkləyirik”


Son dövrlər həyata keçirilən islahatlar cəmiyyətimizin bütün sferalarında pozitiv yeniliklərə gətirib çıxarıb.

İslahatların həmçinin siyasi sferada da yeni konfiqurasiyanın formalaşmasına səbəb olması əsas reallıqlardan biridir. Bu baxımdan hakimiyyətlə müxalifət arasında yeni dialoq mühitinin yaranması, müxalifət təmsilçilərinin parlament idarəçiliyində iştirakçılıq imkanlarının artırılması respublikamızın siyasi həyatının mühüm hadisələri kimi nəzərdən keçirilir. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovla söhbətimiz də bu barədədir.


Bu, iqtidar-müxalifət münasibətlərinin inkişafına gətirib çıxaracaq


Abutalıb Səmədov öncə onu bildirdi ki, Azərbaycanda siyasi sistemin yeni konfiqurasiyasının formalaşdırılması ideyası Prezident İlham Əliyevə və onun yeni administrasiyasına məxsusdur: "Bu istiqamətdə ilk addımlar atılsa da, koronavirus pandemiyası uğurlu başlayan və cəmiyyətin böyük marağına səbəb olan bu prosesi bir qədər ləngitdi. Yeni siyasi konfiqurasiyanın mahiyyəti, formalaşmaqda olan düzənin özəllikləri barədə ən düzgün, mötəbər sözü şübhəsiz ki, Prezident İlham Əliyev və administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyə bilər.

Mənim düşüncəmə görə, qarşıya qoyulan əsas məqsəd bir tərəfdən, xarici qüvvələr tərəfindən idarə olunan "5-ci kolon” siyasi partiyalarının siyasi proseslərin normallaşmasına mane olan düşmənçilik fəaliyyətinin qarşısını almaq, digər tərəfdən, hakimiyyətə münasibətindən asılı olmayaraq dövlətçilik naminə fəaliyyət göstərmək istəyən partiyaların normal işləməsi, müxtəlif sahələri əhatə edən islahatlarda daha aktiv iştirakının təmin olunması üçün hər cür şəraiti yaratmaqdır”.

Partiya sədri onu da qeyd etdi ki, son dövrlər müxalif mövqedə dayanan bir neçə siyasi partiyanın qeydiyyatdan keçirilməsi, administrasiyada müxalifət liderləri ilə keçirilən müzakirələr hakimiyyətin bu istiqamətə - siyasi partiyaların islahatların keçirilməsində yaxından iştirakının təmin olunmasına nə qədər böyük əhəmiyyət verdiyini göstərir: "Ümid edirəm ki, başlanan proseslər müvəffəqiyyətlə başa çatacaq və bu addımlar iqtidar-müxalifət münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına, siyasi partiyaların siyasi sistemdə layiq olduğu yeri tutmasına, müxtəlif istiqamətlərdə keçirilən islahatların aparılmasında yaxından iştirakına gətirib çıxaracaq”.


Təşəbbüs və təkliflər ardıcıl olaraq Prezident Administrasiyasına təqdim edilir


Bu prosesdə, ümumiyyətlə, cəmiyyətin müasirləşən siyasi həyatında Azərbaycan Naminə Alyans Partiyasının hansı təşəbbüslərlə və təkliflərlə çıxış etməsinə gəldikdə qeyd olundu ki, partiyanın kifayət qədər yeni təşəbbüs və təklifləri var və onlar ardıcıl olaraq Prezident Administrasiyasına təqdim edilir: "Bu təkliflər içərisində proporsional seçki sisteminin bərpasından tutmuş inzibati ərazi quruluşunun dəyişdirilməsinə, yeni paytaxtın salınmasına, Dağlıq Qarabağ probleminin həllinə əhalinin yaxından cəlb olunmasına, kütləvi informasiya vasitələrinin işinin yenidən təşkilinə, internet televiziya kanalları sahəsində vəziyyətin təkmilləşdirilməsinə qədər təşəbbüslər var”.

Abutalıb Səmədovun sözlərinə görə, yeni siyasi konfiqurasiyanın formalaşması ilə əlaqədar siyasi partiyaların yaxından təmsil olunduğu Prezident yanında Məşvərətçi Dövlət Şurasının yaradılması və bu şurada dövlət həyatının ən mühüm məsələlərinin müzakirə olunması bir tərəfədən dialoqdan imtina edən və xarici qüvvələrin təsiri altında olan partiyaların qaragüruh fəaliyyətinin qarşısının alınmasına, digər tərəfdən dövlətçilik mövqeyində dayanan partiyaların nüfuzunun artmasına xidmət edərdi. "İnanıram ki, karantin bitdikdən sonra bu istiqamətdə cəsarətli addımlar atılacaq və dialoqun tanışlıq, xırda problemlərin həlli mərhələsi ilə bitəcəyini iddia edənlərin nə qədər yanlış düşündüyü sübut olunacaq”, - deyə partiya sədri bildirdi.

Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasının iqtidara, onun fəaliyyətinə, siyasətinə, apardığı islahatlara münasibətdə hansı mövqedə olmasına da aydınlıq gətirdi. Bildirdi ki, rəhbərlik etdiyi partiya 1994-cü ildə təsis edilib və yarandığı gündən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən aktiv müdafiəçilərindən olub: "Partiyamız 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısının alınması üçün əlindən gələni edib. Biz bu gün də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı son dərəcə düzgün siyasəti dəstəkləyirik və ona yardımçı olmaq üçün əlimizdən gələni etməyə çalışırıq. İslahatlara gəldikdə isə, biz müxtəlif sahələri əhatə edən yeniləşmənin daha da dərinləşməsinin tərəfdarıyıq. Düşünürük ki, iqtisadi sahədə sahibkarlığın inkişafı, bank sektorunun yenidən qurulması, kənd təsərrüfatında daha yüksək məhsuldarlığın təmin olunması və regionların inkişafı üçün qətiyyətli addımlar atılmalıdır. İnzibati-ərazi bölgüsünə yenidən baxılmalı və idarəçilikdə səmərəliliyin təmin olunması üçün yeni inzibati-ərazi vahidi - vilayətlər yaradılmalı, heç bir işlə məşğul olmayan aparat işçiləri kəskin şəkildə ixtisar olunmalıdır. Son dərəcə şişmiş mərkəzi icra hakimiyyəti orqanlarında zəruri ixtisarlar aparılmalı, nazirliklərin, dövlət komitələrinin sayı azaldılmalıdır”.


"5-ci kolon” partiyaları yavaş-yavaş sıradan çıxır


Bu gün ən mühüm məsələlərdən biri də müxalifətin yeniləşən siyasi sistemin çağırışlarına cavab verə bilməsi ilə bağlıdır. Bu barədə fikirlərini bölüşən Abutalıb Səmədov dedi: "Hər bir dövlətin siyasi sistemində müxalifət mühüm yer tutur. Sevindirici haldır ki, özünü əsas müxalifət hesab edən "5-ci kolon” partiyaları yavaş-yavaş sıradan çıxır və onların yerini dövlətçilik mövqeyində dayanan qüvvələr tuturlar. Müxalifət iqtidarın alternatividir və onun əsas işi alternativ proqramlar ortaya qoymaq, hakimiyyətin yalnış hesab etdiyi addımlarını tənqid etmək və konstruktiv təkliflər, ideyalar ortaya qoymaqdır. Son zamanlar bu cür müxalifətin ortaya çıxma əlamətləri hiss olunur. Ənənəvi müxalifət isə öz işindədir. Hakimiyyətə gəlmək üçün tələb olunan keyfiyyətlərə - intellekt, xarizma, insanları öz arxasınca aparmaq bacarığı, vətənpərvərlik və s. olmadığına görə onlar xalqın vəziyyətinin ağırlaşmasını, iqtisadi vəziyyətin çətinləşməsini, koronavirusun böyük fəlakətlər gətirməsini arzulayır və mövcud vəziyyəti, problemləri dəfələrlə şişirdərək niyyətlərinə çatmağa ümid edirlər. Bu qruplar dövlətçilik mövqeyində dayanan, dövlətə qarşı deyil, hakimiyyətə qarşı müxalifətdə olan siyasi partiyaları təhqir edir, onları ləkələməyə, bütün vasitələrlə yollarını kəsməyə çalışırlar. Bu cür davranışı özünə rəva bilən partiyaların və siyasi liderlərin bundan sonra dəyişəcəyinə qətiyyən inanmıram, lakin onların tədricən sıradan çıxacağına əminəm”.

Partiya sədri qeyd etdi ki, özünü sağlam siyasi proseslərdən təcrid edən, marginallaşan radikal müxalifət partiyaları və qurumlar xarici qüvvələrin tam nəzarətindədir və onların Azərbaycanda heç bir perspektivi yoxdur: "Düşünürəm ki, koronavirus pandemiyası bu partiyalara böyük zərbə vurdu və onların mahiyyətini açıb xalqa göstərdi. Özünü "Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun rəhbərliyinə daxil olan şəxslərin video-konfrans formatında keçirdikləri "siyasi müzakirələrin” respublika ictimaiyyətinə təqdim olunan hissələrində söylənilən iyrənc iddialar məni qətiyyən təəccübləndirmədi. Mən, hakimiyyətə iddia edən, gecə-gündüz Prezident İlham Əliyevi tənqid edən və ona "yol göstərmək” həvəsinə düşən bu "siyasi xadimlərdən” normal heç nə gözləmirəm. Xalqın böyük əksəriyyəti də belə düşünür və onların hay-küylə elan etdikləri mitinqlərə insanların əhəmiyyət verməməsi görünür bununla bağlıdır.

Gah "üzdəniraq” adlandırdıqları azlıqların, gah da iribuynuzlu mal-qaranın "cinsi məsələlərini” müzakirə edən, siyasi liderlərə "badalaq vurmağın”, onlara xidmət etməyən KİV-i sıradan çıxarmağın "yollarını axtaran” şəxslərə xalqın dəstək verməsi mümkün deyil”.


Əhalinin sağlamlığını qorumaq üçün görülən işlər öz bəhrəsini verdi


Partiya sədri ilə koronavirus pandemiyasına qarşı aparılan mübarizə barədə də söhbətləşdik. Abutalıb Səmədov dedi ki, ilk günlərdən Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında vaxtında və düzgün addımlar atdı: "Əhalinin sağlamlığını qorumaq üçün görülən işlər öz bəhrəsini verdi. Bütün dünya, ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı vətəndaşları qorumaq üçün Prezidentimiz tərəfindən görülən işlərə yüksək qiymət verdi, digər ölkələrə nümunə göstərdi. Bundan sonra COVID-19-a qarşı mübarizədə meydana gələn müsbət tendensiyaları, vətəndaşlarımızın normal həyat tərzinə qayıtmaq istəyini və bütün dünyada yumşalma istiqamətində atılan addımları nəzərə alan dövlət orqanları karantin rejiminin yumşalması barədə qərar verdi.

Çox böyük təəssüf hissilə qeyd etmək lazımdır ki, dövlət vətəndaşları qorumaq üçün hər şeyi etsə də, vətəndaşlarımız arasında COVID-19-un nə qədər təhlükəli olduğunu anlamaq istəməyənlər, infeksiyadan qorunma tədbirlərinə məhəl qoymayanlar hələ də var”.

Abutalıb Səmədovun sözlərinə görə, dünya ölkələrinin daha çox özünəqapanma yolu seçərək COVID-19 virusuna qarşı mübarizə apardığı və beynəlxalq təşkilatların fəallığının aşağı düşdüyü məqamda Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Sammitinin keçirilməsi dünyada mühüm hadisə kimi qiymətləndirildi. Xüsusilə, Qoşulmama Hərəkatına üzv ölkələrin ağır problemlərlə üz-üzə olduqları bir zamanda Təmas Qrupuna daxil olan dövlət rəhbərlərinin Prezident İlham Əliyevin təşəbbüsünə yekdilliklə dəstək verməsi Azərbaycanın və onun rəhbərinin beynəlxalq miqyasda yüksək nüfuza malik olduğunu bir daha nümayiş etdirdi. "Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə Prezident İlham Əliyev çıxış edərək qlobal həmrəyliyin daha yüksək səviyyədə nümayişinə ehtiyac olduğunu xüsusilə vurğuladı. Onlayn iclasda son dərəcə mühüm təşəbbüslə çıxış edən dövlət başçımız beynəlxalq həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsini təklif etdi. Sessiyanın çağırılması üçün 97 ölkənin lehinə münasibət bildirməsi kifayət etdiyi halda, Prezidentimizin təşəbbüsünə 130-a qədər ölkənin dəstək verməsi və bu sessiyasının keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə və cənab İlham Əliyevə olan böyük ehtimadın və hörmətin növbəti göstəricisidir”, - deyə Abutalıb Səmədov bildirdi.

Abutalıb Səmədovun ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri barədə fikirlərini də öyrəndik. Partiya sədrinin sözlərinə görə, bir neçə rayonun icra hakimiyyəti başçılarının həbsi, ayrı-ayrı dövlət orqanlarında aparılan əməliyyatlar Azərbaycan Prezidentinin icra strukturlarını iflic edən korrupsiya hallarına qarşı ən kəskin addımlar atmaq qətiyyətini nümayiş etdirdi: "Dövlət başçısının vəzifəyə təyinat zamanı verdiyi tövsiyələrdən, dəfələrlə etdiyi xəbərdarlıqlardan nəticə çıxarılmaması bu cür ağır qərarların verilməsini məcburi etmişdir. Uzun müddət rəhbər vəzifələrdə xidmət göstərən, dövlət tərəfindən təltif olunan insanların həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi Prezident İlham Əliyevin dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutduğunu göstərdi. Bütövlükdə, yüksək vəzifə tutan şəxslərin həbs olunması göstərdi ki, Prezident İlham Əliyev korrupsiyaya qarşı müharibə elan etmişdir. Bu vəziyyətdə hər bir siyasi partiyanın borcu bu mübarizədə dövlət başçısının yanında olmaqdır”.

Ölkədə son vaxtlar iqtisadi sferada atılan addımlara da toxunan partiya sədri bildirdi ki, yeni iqtisadi islahatları dövlətimiz və xalqımız üçün son dərəcə dəyərli hesab edir: "İnanırıq ki, yaxın vaxtlarda bu istiqamətdə atılan yeni addımlar öz bəhrəsini verəcək. Bu kimi tədbirlər iqtisadi potensialımızın artmasına, əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təmin olunmasına gətirib çıxaracaq”.

Söhbəti yazdı:

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM