Alternative content

14:16 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil Nazirliyi “Arsak” toponiminin mənşəyi ilə bağlı vebinar təşkil edib
Təhsil Nazirliyi “Arsak” toponiminin mənşəyi ilə bağlı vebinar təşkil edib
ANA SƏHİFƏ / Təhsil
00:23 24.09.2020


Sentyabrın 23-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Arsak” toponiminin elmi mənşəyinə dair onlayn vebinar təşkil edilib. Vebinarda Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə və media nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, vebinarda çıxış edən Ramin Əlizadə "Arsak” toponiminin elmi mənşəyi barədə ətraflı məlumat verib. Bildirib ki, əslində, "Arsak” adı Sak etnonimindən yaranıb, doğru tələffüzü Ərsak olmuş, mənası isə "Sak əri, ərəni” deməkdir. Orta əsrlər dövründə Alban apostol kilsəsinin mərkəzi olan Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal "Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan "Ərsak” soyundan olmasını bir daha təsdiq edir.

Ramin Əlizadənin sözlərinə görə, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan Alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərini "Arşaki soyundan olan Alban türkləri” adlandırıblar. "Arsak” adı bir çox mənbələrdə Arşaki kimi də xatırlanır. Sak etnonimi Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan ərazisində, əsasən, yaylaq-qışlaq maldarlığı, dəmyə əkinçiliyi və atçılıqla məşğul olan türk boylarına verilmiş ümumi addır. Azərbaycanın şimalında qədim yazılı mənbələrdə bəhs olunan Sakasena, Balasakan (Sak düzü), Maskut (Massaget) toponimləri, hazırda isə Azərbaycan Respublikasında Şəki şəhərinin, Zaqatala rayonunun, Zəngəzurda Sisakan (Sisian) rayonunun, Şəki kəndinin adları məhz Sak türklərinin adı ilə bağlı olaraq meydana gəlib. Loru-Pəmbək ərazisində Gözəldərə kəndinin türksoylu boylarından biri Ərsaklılar adı ilə tanınırdı.

Ramin Əlizadə qeyd edib ki, "Ərsak” adı ermənicə təhrif olunmuş "Artsax” formasında sonradan elmi dövriyyəyə daxil edilib.

Sonra vebinar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM